Gözəllik
Yerkökü sabunu ilə gözəlləşin!
Sabun hər gün istifadə etdiyimiz gigiyenik məhsullardan biridir. Ancaq satışda olan sabunların əksəriyyəti kimyəvi maddələrlə dolu olduğu üçün həm sağlamlığa zərər verir, həm də dərinin pH balansını pozur. Belə halla üzləşməmək üçün ən yaxşı çıxış yolu sabunu ev şəraitində hazırlamaqdır.
Publika.az yerkökü və baldan sabun hazırlamağın üsulunu təqdim edir:
Belə sabun yaşlanma əlamətlərini aradan qaldırır, dərini nəmləndirir, sızanaqları yox edir. Yerkökü və balın tərkibindəki vitaminlər dəri hüceyrələrini yeniləməyə kömək edir. Dərinin təbii pH balansını qorumaq üçün də təbii sabun ən yaxşı vasitədir.
Tərkibi:
300 ml kokos yağı
400 ml zeytun yağı
100 ml badam yağı
200 ml su (yerkökünü bişirmək üçün)
100 qram püre halına salınmış yerkökü
110 qram natrium hidroksid
Yarım xörək qaşığı təbii bal
10 damcı yerkökü toxumu yağı
Hazırlanması:
Əllərinizə əlcək keçirin. Sabunu hazırlamaq üçün taxta qaba və qaşığa ehtiyacınız olacaq. Bunları hazır etdikdən sonra yerkökünü yumşalana qədər qaynadın. Suyunu süzün, ancaq atmayın. Yerkökünü əzib püre halına gələnə kimi qarışdırın. Daha sonra yerkökü püresini ondan əldə etdiyiniz su ilə təkrar qarışdırın. Natrium hidroksidi yerkökünə əlavə edib taxta qaşıqla qarışdırın. 5 dəqiqə keçdikdən sonra yağları və balı da əlavə edin. Qarışığı silikon qablara tökün. 2 gün qaranlıq yerdə saxlayın. Vaxt tamam olanda sabundan istifadə edə bilərsiniz.
Ləman Sultan
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


































