Gözəllik
Hind gözəlinin cavanlıq reseptləri
Priyanka Çopra Hindistanın ən cazibədar aktrisalarından biridir. Bu qadın təkcə öz ölkəsində deyil, bütün dünyada gözəllik etalonu sayılır. Çünki o, 2000-ci ildə "Dünya gözəli" müsabiqəsinin qalibi olub. Maraqlıdır ki, 15 illik karyerası ərzində Prinyankanın zahiri görkəmində heç bir dəyişiklik baş verməyib.
Publika.az hind aktrisanın gözəllik sirlərini qədim edir.
Aktrisa qocalma prosesini ləngitmək üçün xüsusi metodlardan istifadə edir. O, belə hesab edir ki, saçların və dərinin xüsusi müdafiəyə ehtiyacı var. Gəncliyini saxlamaq üçün hind gözəli qulluq sisteminə bitki tərkibli vasitələr daxil edir.
Qarabuğdayı, gözəl qalın saçlarını qorumaq üçün isti yağdan istifadə edir. Dərisinin nəm balansını qorumaq üçün o, üzünə yoqurt və limon qarışığı çəkir.
Saçlar üçün maska:
İnqrediyentlər:
1 stəkan su
1 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı jojoba yağı
Hazırlanması:
Yağı saçlara vurmazdan əvvəl başınızı yaxşıca yuyun. Daha sonra inqrediyentləri bir qaba töküb qarışdırın. Qabı qaynar suyun içinə qoyub zəif odda qızdırın və qarışdırmağa davam edin. Lakin yağlı suyun qaynamamasına diqqət edin. Məhlulu bütün saçlara yaxşı çəkib başınızı dəsmalla bağlayın. 20 dəqiqə gözləyib yaxşıca yuyun. Bu proseduru həftədə bir dəfə təkrar etmək lazımdır. Maska saçlara güc və parlaqlıq bəxş edəcək.
Nəmləndirici maska
İnqrediyentlər:
1 xörək qaşığı yoqurt
1 xörək qaşığı limon
Hazırlanması:
Limon suyu ilə yoqurtu qarışdırın. Gözlərin ətrafını çıxmaq şərti ilə maskanı bütün üzə çəkib 15-20 dəqiqə saxlayın. Sonra maskanı çobanyastığı ilə yaxşıca yuyun. Yadda saxlayın ki, bu maskanı evdən çıxmazdan əvvəl eləmək lazım deyil, çünki bu zaman yoqurtun tərkibindəki süd turşusu üzünüzdə cüzi qızartı yarada bilər. Maskanı gecə çəkmək yaxşı olardı.
Aytən
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


































