Gözəllik
Qüsursuz gözəllik üçün 24 saat ərzində bunları içməlisiniz!
Alimlər gözəl və sağlam dəri üçün 1 gün ərzində qəbul edilməli olan içkiləri açıqlayıblar.
Publika.az xəbər verir ki, hər gün aşağıda sadalanan içkiləri qaydalara uyğun içərək orqanizmi toksinlərdən təmizləmək mümkündür.
1.Gün ərzində: 8 stəkan su
Gün ərzində ən az 2 lirt su içmək lazımdır. Suyu yeməklərdən yarım saat öncə içmək məsləhətdir.
2.Səhərlər: göyərti kokteyli
Göyərtilər vitaminlərlə zəngindir. Göyərtilərin A vitamini hüceyrələrin yenilənməsini sürətləndirir. Göyərtilər C vitamini və mis baxımından da zəngindir.
3.Günortadan sonra: 2 stəkan yaşıl çay
Yaşıl çayın tərkibindəki “olifenol” və “kateşin” adlı antioksidantlar dərini günəşin ultrabənövşəyi şüalarından qoruyur. Yaşıl çay sayəsində dəridə meydana gələn qaşıntı, iltihab və qızartılardan da xilas olacaqsınız.
4.Axşamüstü: nar şirəsi
Antioksidantlarla zəngin olan bu içki dəridəki yaşlanma əlamətlərini aradan qaldırır. Dərinin daha elastik və parlaq olmasını təmin edir.
5.Yatmazdan öncə: xiyarlı su
1 stəkan suya 1 ədəd doğranmış xiyar əlavə edib 15 dəqiqə gözləyin. Daha sonra bu suyu için. Xiyar suyu maqnezium və kaliumla zənginləşdirir. Bu isə dərinin nəm balansını qorumağa kömək edir.
Ləman Sultan
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


































