Gözəllik
Bahar havasına uyğun təravətli makiyajlar – FOTOLAR
Bahar ilin digər fəsillərinə bənzəmir, o daha parlaq və rəngarəngdir. Günəşin parlaq şüaları, çiçəklər və yaşıl yarpaqlar hər bir insanın əhvalını qaldırıb hədsiz sevinc və məhəbbət gətirir.
Baharda bütün təbiət dəyişir. Baharın gəlişi münasibəti ilə xüsusi ilə xanımlar imicində müəyyən dəyişiklik etməyə çalışır. Qışın soyuq havasını üstünüzdən atmaq üçün yeni saç kəsimini sınaya, yaxud da qarderobunuza bir neçə yeni detallar əlavə edə bilərsiniz. Amma saçlarınızı kəsdirmək fikri xoşunuza gəlmirsə, yaz dəyişikliyinə makiyajınızdan başlaya bilərsiniz. Məsələn, havalar isindikcə ağır və tünd makiyajın yerini təravətli və daha yüngül makiyaj əvəz edir. Bahar makiyajının çox sayda variantları var.
Publika.az-ın gözəllik bölməsi xəbər verir ki, bu bahar maksimum təbii makiyaj dəbdədir.
Makiyajı dərinin və gözlərin rənginə uyğun, həmçinin əhval-ruhiyyə və vəziyyətdən asılı olaraq etmək olar. Lakin ilk növbədə yadda saxlayın ki, yaz makiyajı təbiiliyi ilə seçilir. Bir çox kosmetika şirkətləri əlvan rənglərdən yorulduğu üçün bu mövsüm açıq çalarlarda kosmetikalar təklif etmək qərarına gəlib. Hər halda, təbii və romantik makiyajın daha effektli göründüyü ilə mübahisə etmək olmaz. Təbii yaz makiyajı üçün elə də səy göstərməyəcəksiniz. Dərinin təmiz olması əsas şərtdir. Bunu isə yalnız yaxşı qulluq və ideal ton vasitəsi ilə almaq olar.
Bahar makiyajı qış makiyajından təkcə rənginə görə deyil, həm də tekturasına görə fərqlənir. O, daha yüngül və açıq çalarda olur. Tonal krem çox qatı olmamalı, həmçinin dərini ultrabənövşəyi şüalardan qorumalıdır. Bu baxımdan aldığınız kosmetik məhsulların tərkibinin oksigenlə zəngin olmasına fikir verin. Kompakt kirşan əvəzinə ovulan kirşandan istifadə edin. Maye göz kölgəsi əvəzinə isə gözdə yayılmaması üçün ovulan kölgələrə üstünlük verin. Yeri gəlmişkən, qeyd edək ki, bejin bütün çalarları indi heç vaxt olmadığı qədər aktualdır. Bu bahar diqqət cəlb edən əlvan dodaq boyalarını unudun. Çünki indi dodaqları daha ifadəli və romantik göstərən açıq çəhrayı, açıq qəhvəyi kimi pomadalar dəbdədir. Yanaqları vurğulayan ənliyi qətiyyən unutmaq olmaz. Gündəlik makiyajda əsasən dərini təravətli göstərən çəhrayı, xüsusi gecələrdə isə tünd ənliklərin istifadəsi daha məqsədəuyğun olacaq.
Hollivud ulduzlarının ən yaxşı yaz makiyajlarını təqdim edirik.
Aytən
-
Magazin106:46Bakıya uça bilməzsən dedilər, ağladım... - Nadir Qafarzadənin başına iş gəldi
-
Magazin202:44Narkotik istifadəçisi imiş - Serialdan qovulacaq?
-
Qoroskop01:20Günün ulduz falı: Yeni dostlar qazanacaqsız
-
Hadisə00:45Gəmidən sağ çıxan azərbaycanlı: Nə qədər kömək etməyə çalışsaq da... - Video
-
Region5 İyun 23:55Türkiyə gəmisinə hücum edildi: ölən və yaralananlar var
-
Hadisə5 İyun 22:58Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video
-
Nəqliyyat5 İyun 21:39Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir
-
Nida Xəbər 5 İyun 20:12Onlar vəzifədən azad edildilər - Sərəncam












.jpg)



























