Gözəllik
Bu toxumlar sayəsində sürətlə arıqlayacaqsınız!
Dietoloqlar arıqlamaq istəyənlərə toxumlardan faydalanmağı məsləhət görürlər.
Publika.az xəbər verir ki, son illər aparılan araşdırmalar xüsusilə, 4 bitkinin toxumunun arıqlamağa kömək etdiyini üzə çıxarıb.
Çiya (Chia) toxumu
Bu toxum liflərlə zəngindir. Ona görə də, maddələr mübadiləsini sürətləndirir. Çiya toxumu sağlam arıqlamağa kömək edir. Tərkibindəki omeqa 3 yağ turşuları orqanizmdəki zərərli yağları parçalayır və xolesterinin səviyyəsini aşağı salır. Çiya toxumunu salatlara, qatığa və ya kokteylərə qarışdırıb qəbul etmək olar.
Kətan toxumu
Kətan toxumu da zəngin lif qaynaqlarından biridir. Bu toxum qəbizliyin qarşısını alır, xolesterinin səviyyəsini aşağı salır. Araşdırmalar kətan toxumunda balıqdan daha çox omeqa 3 turşusu olduğunu göstərib. Kətan toxumunu da salat və qatıqla yemək mümkündür.
Xardal toxumu
Digər toxumlardan fərqli olaarq xardal toxumunu yeməklərdə də istifadə etmək olur. Balıq və ət yeməklərinə ləzzət verir. Xardal toxumu omeqa-3 turşusu, kalsium, lif, dəmir, maqnezium, fosfor, zülal və sinklə zəngindir.
Günəbaxan tumu
Günəbaxan tumunu demək olar ki, hamı sevir. Ancaq onun orqanizmə faydalı olması və sizi arıqlatması üçün duzsuz olanlarından yeməlisiniz. Çünki duzlu günəbaxan tumu arıqlatmaq əvəzinə suyun bədəninizdə yığılıb qalmasına və böyrəklərin yorulmasına səbəb ola bilər.
Duzsuz günəbaxan tumu isə toxluq hissi verir, maddələr mübadiləsini sürətləndirir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır. Gündə iki xörək qaşığı günəbaxan tumu yeməyiniz kifayətdir.
Ləman Sultan
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































