Gözəllik
Paltarın dekoltesinə uyğun saç düzümləri – FOTOLAR
Maraqla izlədiyimiz ulduz modapərəstlərin qırmızı xalıdakı obrazlarını peşəkar stilistlər hazırlayır. Stilistlər işlədikləri məşhurların geyimlərini xırdalıqlarına qədər düşünür, hətta hansı dekolte ilə nə cür saç düzümü yığdırmaq lazım olduğunu da yaxşı bilirlər.
Hesab edirik ki, paltarın dekoltesi ilə nə cür saç düzümlərinin uyğun gəldiyini bütün modapərəstlər bilməlidir. Axı düzgün seçilmiş saç düzümləri hətta bədən quruluşunu daha qamətli göstərə bilər! Məsələn, əgər bud hissəsi daha genişdirsə, bir qədər həcmli saç düzümü seçin, çiyinlər kifayət qədər enlidirsə, saçlar bir qədər hündür yığılmalı, yaxud arxaya daranmalıdır. Publika.az bu yazıda qadınların tez-tez rastlaşdıqları problemin həlli yollarını izah edib. Bu ahəngdar nümunələri yadda saxlayın, onda siz istənilən məclisin ən arzulanan qonağı olacaqsınız.
1.Saçları bir tərəfə toplayıb rezin və broşla yığmaq yaxşı nümunədir.

2.Geometrik kəsimi spiral kimi düyünlənmiş assimetrik saç düzümü çox yaxşı vurğulayacaq.

3. Həcmli, gur buruqlar V şəklində sinə dekoltesinə ideal yaraşır.

4. Kürək və ön hissədə dərin dekoltesi olan paltar ilə yuxarı daranmış saçlar və yüksək at quyruğu modeli yaxşı uyğun gəlir.

5. Sinə dekoltesi O şəklində olan retro-üslubda paltarla dağınıq toppuzla çox gözəl uzlaşır.

6. Əgər paltar sadə və ciddidirsə, obrazı müxtəlif saç hörükləri ilə tamamlamaq olar.

7. Dəbdəbəli yunan stilini saç sancaqları və ya təbii güllər uğurla tamamlayacaq, burada azacıq burulmuş saçlar da yerinə düşür.

8. Orijinal paltarı ilə şişirdilmiş saç düzümü yaxşı görünür, obraz təbii və qeyri-adi alınır.

9. Belə sadə kəsimlə hündürdə toplanmış saç düzümünün vəhdətinə söz ola bilməz.

Bundan sonra rəfiqənizin toyuna, hər hansı məclisə və ya ad günü qonaqlığına gedəndə saç düzümü ilə bağlı problem yaranmayacaq! Odur ki, bu məsləhətləri qulağınızda sırğa edin və öz ideal obrazını yaradın.
Aytən
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
















.jpg)



















