Gözəllik
İncə belə sahib olmağın ən asan yolu
Beldəki yağlardan xilas olmaq çətin məsələdir. Pəhriz sizə arıqlamağı vəd etsə də çox vaxt sadəcə bədəndəki artıq sudan və şişkinlikdən azad olursunuz. Bel və qarın bölgəsindəki yağlar isə olduğu kimi qalır.
Araşdırmalar göstərib ki, beldəki piylərdən xilas olmağın ən asan yolu bol miqdarda kalsium qəbul etməkdir. Bəli, kalsium təkcə sümüklər və dişlər üçün faydalı deyil, ideal görünmək üçün də bu minerala ehtiyacınız var. Kalsium həm arıqlamağa, həm də daha incə və zərif bədən quruluşuna qovuşmağa kömək edir. Bu mineral əzələlərin möhkəmlənməsi üçün əhəmiyyətlidir, çünki bədəndəki yağları parçalayır. Kalsiumla zəngin qidalar insanı tox saxlayır. Bu da daha az kalori almağınıza səbəb olur.
Mütəxəssislər bildirirlər ki, yaşdan və bir sıra başqa faktorlardan asılı olaraq insanların qəbul etməli olduqları gündəlik kalsium dozası dəyişir. 19-50 yaş arasındakı şəxslər gündə 1000 mikroqram kalsium qəbul etsələr, kifayətdir. 50 yaşdan sonra bu miqdarı 1200 mikroqrama çıxarmaq lazımdır. Hamilələr isə gündə 1300 mikroqram kalsium qəbul etməlidir.
Süd və süd məhsulları ən yaxşı kalsium mənbəyi hesab edilir. Həmçinin, doşab, fındıq, fıstıq, bütün göyərtilər müəyyən qədər kalsium ehtiva edir.
Ləman Sultan
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi
-
MDB13:25Məşhur sovet psixoterapevti vəfat etdi
-
Ekologiya13:20Bakıda betonun üstündə yaşıllıq axtarışı: Plan baş tutacaq?





































.jpg)