Gözəllik
Pərvin Abıyeva: “Modellərdən yaxşı gəzirəm”
Azərbaycan moda həftəsi böyük uğurla davam edir.
“Azerbaijan Fashion Week” Nyu-York, London, Paris və Milanda keçirilən moda həftələri standartlarına cavab verən ilk irimiqyaslı dəb layihəsidir.
Publika.az xəbər verir ki, Azərbaycan moda həftəsinin 3-cü günündə azərbaycanlı dizayner Fidan Osmanın yeni kolleksiyası nümayiş olunub. Podiuma "Miss Azərbaycan 2012" Aysel Manafova, "Miss Azərbaycan 2014" Cavidan Qurbanova, fashion bloqer Günel İsmayıllı, aktrisa Pərvin Abiyeva, "Vitse-Miss Ukrayna 2015" Fəridə İbrahimova və başqa gözəllər çıxıb.
Özünü ilk dəfə model kimi sınayan aktrisa Pərvin Abıyeva bizimlə təəssüratlarını bölüşüb. O, modellik peşəsinin çətin olmadığını söyləyib: “Fidan Osman yaxın rəfiqəmdir. Dəfilədə iştirak etməyimi xahiş edəndə dərhal razılaşdım. İlk dəfədir ki, podiuma çıxıram, bir qədər həyəcanlıyam, amma çətin deyil. Podiumda gəzmək çox asandır. Hətta deyərdim bir çox modellərdən daha bacarıqlıyam. Lakin gələcəkdə modelliklə məşğul olmağı düşünmürəm”.
Aytən
Fotolar: 1news.az
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur


















.jpg)
















