Gözəllik
Baş dərisindəki sızanaqlardan bu üsullarla xilas olun
Hormonal problemlər, istifadə edilən şampunun düzgün seçilməməsi, bakteriyaların toplanması və ölü hüceyrələrin məsamələrdə yığılıb qalması sızanaq meydana gətirir. Mütəxəssislər stress və yorğunluğun da baş dərisində sızanağa səbəb ola biləcəyini vurğulayırlar.
Publika.az-ın təqdim etdiyi aşağıdakı üsullar sayəsində bu problemdən qısa müddətdə azad olmaq mümkündür:
Pomidor maskası
1 qaşıq pomidor şirəsi ilə bir neçə damcı limon şirəsini və yarım qaşıq balı qarışdırın. Bu maskanı sızanaqların olduğu nahiyələrə çəkin. 5 dəqiqə gözlədikdən sonra saçı ilıq su ilə yuyub təmizləyin.
Pomidor püresi
Maska hazırlamağa vaxtınız yoxdursa, bir neçə ədəd pomidoru blenderdən keçirin. Əldə etdiyiniz püreni saç dərisinə yaxıb 15 dəqiqə sonra yuyun.
Alma sirkəsi
Alma sirkəsi də sızanaqlara qarşı təsirlidir. 1 stəkan alma sirkəsini eyni miqdarda su ilə qarışdırın. Saçları adi qaydada şampunlayıb yuduqdan sonra sirkəli su ilə yaxalayın.
Əzvay yarpağı
Aloe-vera (əzvay) yarpağını kəsib, şirəsini sızanaqların üzərinə çəkin. Təmizləmək lazım deyil. Bu proseduranı həftədə iki dəfə təkrarlamağınız kifayətdir.
Ləman Sultan
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur


















.jpg)
















