Gözəllik
Yayın qaynar trendi: əlləri, ayaqları xınalı qızlar – FOTOLAR
Xına ilə bəzək sənəti mehendi və ya mendi adlanır. O, şərq qadınlarının çoxəsrlik gözəllik ritauallarının maraqlı səhifələrindən biridir.
Şərq motivlərinin həm gözəllik, həm də dəb sahəsində təsiri son illərdə açıq şəkildə hiss olunur.
Publika.az xəbər verir ki, əlləri xına ilə bəzəmək də bu ilin əsas gözəllik trendlərindən biridir. Əlbəttə ki, xınanı yeni trend adlandırmaq olmaz. Şərq qadınları əsrlərdir ki, xınadan istifadə edir, gözəlliyini onun vasitəsi ilə vurğulayır. Amma yayın gəlişi ilə əlləri, ayaqları belə bir üsulla bəzəmək daha da aktual olur. Şərq mədəniyyəti üçün xarakterik olan mehendi peşəkar ustalar tərəfindən bədəninin müxtəlif hissələrinə naxış şəklində çəkilir. Bu, bir növ döyməyə bənzəyir və onun ən gözəl alternatividir. Üstəlik xına daha gözəl və qeyri-adi görünür. Lakin döymədən fərqli olaraq xına həm ağrısızdır, həm də qalıcı deyil.
Mehendi ənənəvi olaraq xına ilə çəkilir və dörd əsas kateqoriyaya bölünür: Hind ornamentləri, ərəb çiçək motivləri, həndəsi Afrika təsvirləri, qarışıq Asiya naxışları. Amma bunların tək birini seçmək mütləq deyil, bacarıqlı usta onları məharətlə qarışdıra bilər. Mehendi dəridə təxminən 2 həftə qala bilər və su ilə yuduqca tədricən çəkilir. Bəzəkləri istənilən hissədə çəkmək olar, amma ən populyar yerlər əl və ayaqlardır.
Mehendi pərəstişkarları arasında dünya ulduzları da az deyil: Madonna, Beyons və digər məşhurlar bədənini şərq ornamentləri və motivləri ilə bəzəməyi sevirlər.
Aytən
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)


















