Gözəllik
Hollivud gözəllərinin yeni kəşfi: platin saçlar – FOTOLAR
Sarı saçlar heç vaxt dəbdən düşməyib. Ancaq bu qayda 2016-cı ildə pozula bilər. Çünki artıq sarışınların çoxu platin rəngindəki saçlara üstünlük verirlər. Platin sarısını müğənni Teylor Svift dəbə saldı. Onun “Vogue” jurnalı üçün etdirdiyi fotosessiyadan öncə imicini dəyişməsi və saçlarını platin rənginə boyatması yenilik axtarışında olan xanımların nəzərindən yayınmadı. Teylorun ardınca Klaudiya Şiffer, Kristen Styüart, Emelin Valad və Cennifer Laurens də bu rəngin cazibəsinə qapıldılar. Hətta aktrisalar Runi Mara və Emma Ston da qəhvəyi saçlarından vaz keçib yeni trendlə ayaqlaşdılar.
Ancaq bir şeyi etiraf etmək lazımdır ki, platin rəngli saçlar həddən artıq qulluq tələb edir. Yəni, belə saça sahib olmaq iki qat risk deməkdir. Çünki düzgün qulluq edilmədikdə saçlar yana və qırılıb tökülə bilər. Unutmayın ki, Hollivud ulduzları sadəcə saçları üçün həftədə 10 minlərlə dollar xərcləyirlər. Yayın yeni saç trendinə şans vermədən öncə bütün bunları nəzərə almağınız məsləhətdir.
Publika.az platin saçlı gözəlləri təqdim edir:
Ləman Sultan
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)


















