Gözəllik
Cariyələr kimi görünmək olar – ÖZÜ DƏ BELƏ
Gözəl görünmək qadınların ən çox əhəmiyyət verdiyi məsələ olub. Gözəllik üçün nə qurbanlar verilib, nələrə əl atılıb? Bu sualın cavabını heç tarix də bilmir.
Hərəmxanada gözəlliyi ilə diqqət çəkən qadınların həyat şərtləri daha yaxşı olurdu. Onlar asanlıqla sultanların sevimli cariyələrindən birinə çevrilirdilər. Osmanlı İmperiyası dövründə hərəmlərdəki cariyələrin daha gözəl görünmək üçün bir-birləri ilə yarışırdılar. Tarixçilər bir xeyli vasitələrin adını çəkib bu yarışmanın silahlarını bizə ötürüblər.
Publika.az cariyələrin gözəllik sirrlərini təqdim edir:
Dəriyə qulluq
Günün böyük hissəsini hamamda keçirən qadınlar üçün qüsursuz dəriyə sahib olmaq çox əhəmiyyətli idi. Ona görə də, tez-tez kisələnir, dərini ölü hüceyrələrdən təmizləyirdilər. Beləliklə, dəriləri daha parlaq görünür və yumşaq olurdu. Cariyələr gözəlləşmək üçün təbii yağlardan da istifadə edirdilər. Bir stəkan balqabaq tumunu həvəngdəstədə döyüb üzərinə bir stəkan zeytun yağı və bir xörək qaşığı gül yağı əlavə edirdilər. Bu qarışığı bir həftə qaranlıq yerdə, ağzı bağlı qabda saxlayırdılar. Hər dəfə hamamdan çıxanda bütün bədəni bu yağla masaj edirdilər. Nəticədə dərinin nəm balansı qorunur, sellülit, çatlaq kimi dəri problemlərinin qarşısı alınırdı.
Limon möcüzəsi
Cariyələr limonu ortadan kəsib onunla üzlərini və əllərini masaj edirdilər. Bununla da dərinin rəngini ağardır, sızanaqların qarşısını alırdılar.
Safiyə Sultanın saç lasyonu
O dövrdə saçları sabunla yuyurdular. Bu isə saçların həddən artıq qurumasına səbəb olurdu. Lakin Osmanlı sultanı III Muradın həyat yoldaşı Safiyə Sultan bu problemə çarə tapmışdı. O, saçlarının daim gözəl görünməsi üçün xüsusi lasyondan istifadə edirdi. Bu lasyonu əldə etmək üçün bir stəkan əməköməci ilə eyni miqdarda Məkkə gülünü (hibiscus) 1 litr suda 15 dəqiqə qaynadıb süzmək lazım gəlirdi. Safiyə Sultan saçlarını adi qaydada yuyub təmizlədikdən sonra bu losyondan istifadə edirdi. Nəticədə saçları daha sağlam və parlaq görünürdü.
Gül qoxulu ənlik və dodaq boyası:
O dövrdə kosmetik vasitələr yox idi. Ancaq qadınlar gözəl görünməyin yollarını tapmışdılar. Məsələn, yanaqlarını rəngləndirmək üçün 1 stəkan gül ilə yarım stəkan Məkkə gülünü (hibiscus) həvəngdəstədə döyüb ondan ənlik kimi istifadə edirdilər. Bu qarışığa bir az isti su əlavə edib dodaqlara da çəkmək olurdu.
Cariyələrin albalı sevgisi
Cariyələr incə görünmək üçün qidalanma rejimlərinə diqqət edirdilər. Cariyələrin ən çox sevdikləri meyvələrdən biri də albalı idi. Çünki albalı qanı və bağırsaqları təmizləyir, həmçinin, arıqlamağa kömək edirdi.
Ətir əvəzinə gülab
Gülab cariyələrin ən çox istifadə etdikləri gözəllik vasitələrindən biri idi. Onlar üzlərini gülabla təmizləyirdilər. Çox vaxt ətir əvəzinə gülabdan istifadə olunurdu. Gözəl ətir saçmaq istəyən cariyələr gülabı kiçik şüşələrə qoyaraq, daim yanlarında gəzdirirdilər.
Gil
Cariyələr tərkibi gil və sudan ibarət olan maskalar çəkirdilər. Gil sayəsində dərini nəmləndirir, sızanaqların qarşısını alırdılar.
Ləman Sultan
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA
-
Dünya16:44Daşqın qurbanlarının sayı 700-ə çatır - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU






















.jpg)












.jpg)

.jpg)