Gözəllik
Dodaqları cəlbedici göstərən hiylələr - FOTOLAR
Həcmli dodaqlar son illərin əsas gözəllik trendlərindən biridir. Təəssüf ki, təbiət hər kəsi dolu dodaqlarla mükfatlandırmır. Dodaqları həcmli etmək üçün xanımların çoxu estetik cərraha müraciət edir. Halbuki kiçik makiyaj hiyləsi və texnikaları ilə dodaqları dolu göstərmək mümkündür.
Publika.az dodaqları həcmli göstərməyin bir neçə üsullarını təqdim edir.
- Dodaqları qələmlə haşiyəyə alın, lakin dodaq xətlərindən bir qədər kənara çıxın. Sonda haşiyəyə alınmış dodaqların içini pomada doldurun.
- Dodaq parıltısını çəkəndə istiqamətə diqqət yetirin, əsasən ortalarına çəkin, künc hissələrdə parıltı çox bilinməli deyil. Bu zaman dodaqlar daha dolu görünəcək.
- Dodaqların həcmli və yumşaq qalması üçün ona mütəmadi olaraq skarb çəkin, yaxud da diş fırçası ilə bir-iki dəqiqə yüngül masaj edin.
- Balzamı pomadan və dodaq parıltısından əvvəl çəkin. Balzam boyanın uzun müddət qalıcı olmasını təmin edəcək, həm də dodaqları yumşaldacaq.
- Əgər pomada çox tünddürsə və bu, sizi qorxudursa, onda nazik təbəqə şəklində çəkib barmağınızla səliqəli şəkildə hər tərəfə bərabər paylaşın.
- Dodaqların vizual olaraq daha dolu görünməsi üçün pomadanı 2 qat çəkin. Birinci qat tünd, ikinci qat isə nisbətən açıq rəngdə olmalıdır. 3-cü qat kimi parıltılı dodaq boyası da çəkmək olar.
- Dodaqların təbii və solğun görünməsini istəyirsinizsə, o halda pomadanın üstündən azca kirşan çəkin və fırça ilə yayın.
- Dodaq qələmi seçərkən pomada ilə müqayisə edin. Onların rəng çalarları bir-birindən kəskin şəkildə fərqlənməli deyil.
- Dodaqları rahatlıqla haşiyəyə almaq üçün qələmi yaxşı itiləyin.
- Bir neçə dodaq qələmini birləşdirməklə dodaqlara maraqlı və yeni çalar bəxş edə bilərsiniz.
- Dodaqları həcmli göstərən ən asan texnikalardan biri də ombredir. Bunun üçün dodaqların kənarları tünd rəngli, ortasını isə çox açıq pomada ilə boyamaq lazımdır.
- Təbii gözəlliyinizi vurğulamaq üçün dodaqların ortalarına bir az haylayter sürtün.
- Parıltılı dodaq boyasının üstündən kirşan vurduqda həm yayılmır, həm də çox gec çıxır.
- Sonda onu yadda saxlayın ki, makiyaj bunu tələb etmirsə, həddindən artıq rəngli pomadalardan imtina etmək yaxşıdır. Çünki onların əksəriyyəti dodaqları vizual olaraq daraldır.
Aytən
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)


















