Gözəllik
Nikol Kidman valehedici libaslarda – FOTOLAR
Hollivudun məşhur aktrisası Nikol Kidman bu gün 49 yaşını qeyd edir. Nikol Kidmanın 49 yaşı olmasına baxmayaraq, gözəlliyi ilə illərə meydan oxuması və ideal bədən quruluşuna malik olması danılmaz həqiqətdir.
Publika.az aktrisanın doğum günü münasibəti ilə oxucuları onun gözəllik sirləri ilə tanış edib və ən valehedici ziyafət libaslarını toplayıb.
Müsbət əhval-ruhiyyə, sevdiyi iş və uşaqlar Nikola istənilən çətinlikləri aradan qaldırmağa kömək edir. Bu mələk üzlü qadın zərif görünsə də, əslində polad iradəyə malikdir. Əgər qarşına məqsəd qoyubsa, o, ona qibtə ediləsi inadla irəliləyir və arzusuna nail olur. Amma məqsədyönlülüyünü hər kəsə nümayiş etdirməyi sevmir. Görünür, buna görə də onun haqqında mətbuatda xoşagəlməz xəbərlərə rast gəlmək olmur.
Aktrisa formada qalmaq üçün nə edir?
Nikol əmindir ki, özünü hər tərəfdən inkişaf etdirmək insanın cavan qalmasına kömək edir. Aktrisa özü etiraf edir ki, uşaqlıda öyrəndiyi bir fikir sayəsində hər zaman formada qala bilir. Əgər onu nə isə narahat edirsə, dərhal bu cümləni yada salır: “Nə baş verməsindən asılı olmayaraq, gülümsəməyə davam et. Sabah isə səni yeni gün gözləyir”.
Havay, günəş, okean
Havay adalarına heyran olan aktrisa etiraf edir ki, ora gedəndə demək olar ki, hər gün okeanda üzür: “Onu da qeyd edim ki, nənəmin 90 yaşı var, lakin o, özünü çox yaxşı hiss edir, çünki uzun illərdir hər gün üzür. Bu isə ona gümrahlıq bəxş edir".
İdman, kürək, yan və əllər üçün məşq
Nikol səhər yuxudan duran kimi bu idmanı edir. Duruş vəziyyəti: Dizləri və dirsəkləri yerə qoyub körpü şəklini alın. Əvvəlcə qarnı yığın, sonra bir ayağı arxaya tərəfə uzadın. Sonra dizinizi sinəyə tərəf çəkərək burnunuza toxunmağa çalışın və duruş vəziyyətinə qayıdın. Bu hərəkəti hər bir ayaqda 10 dəfə təkrar etmək lazımdır. Onu mümkün qədər ləng yerinə yetirmək olar.
Detoksun gücü
Nikol Kidman şlakları orqanizmdən xaric etmək üçün müxtəlif detosk edir. Üç gün ərzində o, ancaq su, bitki şirələr, meyvə və tərəvəz suları içir. Qara çay, qəhvə, spirtli və qazlı içkilər, eləcə də dondurulmuş məhsullar və şəkərdən imtina edib.
Yatmazdan əvvəl yüngül qəlyanaltı edir. Kidman kəpək, üzüm və balı çox sevir. Bu məhsullar tərkibindəki faydalı maddələr sayəsində dərinin təravət və elastikliyi qoruyur. Yatmazdan təxminən 2 saat əvvəl o, həmin məhsullardan biri yeyir, yatmağa 1 saat qalmış isə çobanyastığı çayı içir.
Gözəl saçlar
Təbii sarı saçlarına Nikol Kidman üzümü şirəsi ilə quluq edir. Üzüm şirəsi saçlarına qırmızımtıl-kürəntəhər rəng verir. Saçlarının parıltı görünməsini istəyirsə, onları şampanla yuyur.
Nikoldan olan üç gözəllik qaydaları
1. Gündə azı yeddi fincan su içmək
2. Kontrast (isti-soyuq) duş qəbul etmək
3. Nanəli vanna (nanə cövhəri və həlimini suya əlavə edin) qəbul etmək
Möhkəm yuxudan qiymətli heç nə yoxdur
Nikol Kidman mətbuat konfranslarının birində jurnalistlərin “Cavanlıq sirri nədir?” sualına belə cavab verib: "On saat yuxu və hər gün bir neçə dilim şokolad!"
Aytən
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi
-
Sosial12:43TƏBİB-dən yeni təyinatlarla bağlı rəsmi açıqlama
-
Nida Təhlil 12:12Bəşəri cinayət: İşğal dövründə mədəni irsimiz məqsədli şəkildə məhv edilib
-
İdman11:48Tanınmış futbolçunun ilham pərisi: Onlar 2026-cı ili unutmayacaqlar - FOTOLAR
-
Nida Təhlil 10:48Abramyanın yeri uğrunda mübarizə - Kreml kimə “yaşıl işıq” yandıracaq?
-
Avropa10:36Ərdoğan Almaniyanı xəbərdar etdi: Avropa dağılacaq













.jpg)


.jpg)






.jpg)

















