Gözəllik
81 yaşlı aktrisa gözəlliyi ilə heyran etdi - FOTOLAR
Sofi Loren dünya kinosunun ən eleqant və gözəl ulduzlardan biridir. 81 yaşlı olsa da, o, hələ də klassik qadın gözəlliyinin ən yaxşı nümunəsi olaraq qalır. Ola bilər ki, o, artıq bütün dünyanı heyran edəcək qədər gənc deyil, lakin onun istedadı, cəlbedici bədən quruluşu ona bu yaşda belə “Dünyanın ən cazibədar qadınları” siyahısına düşməyə icazə verir.
Publika.az bu yazıda oxucuları aktrisanın gözəllik sirləri ilə tanış edib.
Bu gözəl aktrisanın 81 yaşı olması münasibəti ilə “Dolce & Gabbana” brendinin yaradıcıları Dolçe və Stefano onun şərəfinə “Sophia Loren Nº 1” adlı bənövşəyi dodaq boyası hazırlayıb. Domeniko Dolçe və Stefano Qabbana bildiriblər ki, hazırladıqları dodaq boyası ona olan sevginin göstəricisidir. Dizaynerlərin sözlərinə görə, onlar italyan kinosunun əbədi gözəllik rəmzi sayılan aktrisanın şərəfinə pomada hazırlamaqdan böyük zövq alıb. Məşhur dizaynerlər aktrisanı tükənməz ilham mənbəyi adlandırıb. Dünyada bütün qadınlar üçün örnək nümunəsi sayılan aktrisa brendin reklam çarxında qara, krujeva paltar geyinib, obrazını bahalı zinət əşyaları ilə tamamlayıb. Aktrisa etiraf edir ki, bu təcrübə onun üçün gözlənilməz olub. Çünki 80 yaşlı qadınlar nadir hallarda kosmetika markasının reklamlarında iştirak edir.
O, müsahibələrində həmişə fəxrlə deyir ki, 81 yaşı olsa da, özünü gənc hiss edir. Bundan başqa, aktrisa stil ikonası olmaq istəmir və yaşlılıq əlamətləri məmnuniyyətlə qəbul edir.
Sofinin gözəllik sirri
Söhbət, kremlərdən və gəncləşdirmə üsullarından getmir. Sofinin fikrincə, illərə meydan oxumaq üçün ilk növbədə öz istedad və yaradıcılıq potensialını inkişaf etdirmək lazımdır.
İllər Sofi Loreni həyəcanlanmağa vadar etmir, amma yaşa dolması istər-istəməz onun aktrisalıq karyerasına təsir göstərir. Aktrisanın fikrincə, yeni layihələrin köməyi ilə qocalmaq qorxusuna qarşı mübarizə aparmaq olar və qadınlar heç vaxt "hə" deməkdən çəkinməməlidirlər. Aktrisa iddia edir ki, qocalığı sevinclə qarşılamaq mümkündür: “Əgər yaşadığın illər boşa getmirsə və sən əldə etdiklərindən, öz nailiyyətlərdən razısansa, onda qocalığı sevinclə qarşılaya bilərsən”.
Məlumat üçün bildirək ki, yüzdən çox filmdə baş rolu oynayan aktrisa karyerası ərzində "Dünyanın ən seksual qadını" və gözəllik ikonaların biri olaraq qalır.
Aytən
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)


















