Gözəllik
Yayın pedikür dəbi - FOTOLAR
Yay yeganə mövsümdür ki, bizə üstü açıq ayaqqabı geyməyə icazə verir. Çox vaxt qızlar əllərin manikürünə xüsusi diqqət yetirir, ayaqlar isə diqqətdən kənarda qalır. Lakin qüsursuz görünmək istəyən hər bir qız yaxşı bilir ki, pedikür yay obrazının mühüm detallarından biridir.
Publika.az modapərəstləri yayın pedikür dəbi ilə tanış edib.
1. Zərlər
Maraqlı və sadə pedikür üsulu axtarırsınız? Dırnaq boyasının üstünə bir qədər gümüşü və ya qızılı zər səpin. Göründüyü kimi belə pedikür sadə, amma çox əla ideyadır!
.jpg)
2. Meyvəli
Bu məzəli pedikür variantı da çox dəbdədir. Yuxarıdakından fərqli olaraq onu özünüz müstəqil şəkildə təkrarlaya bilməyəcəksiniz. Şəkli telefonun yaddaşında saxlayın və onu ilk fürsətdə öz dırnaq ustasına göstərin.
.jpg)
3. Rəngbərəng
Əl dırnaqlarına müxtəlif rəngdə boya çəkmək son illərin trendidir. Bu trendi ayaqlarda da təkrar etmək olar. Özü də belə pedikürü problemsiz və əziyyətsiz özünüz edə bilərsiniz. Rənglər sizin zövqünüzdən asılı olaraq dəyişir, lakin yadda saxlayın ki, rəng çalarları bir-birinə yaxın olmalıdır.
.jpg)
4. Xallı naxış
Xallı pedikür ayaqda çox gözəl görünür. Belə pedikürü etmək üçün xüsusi istedad tələb olunmur.
.jpg)
5. Ombre effekti
Ombre effekti yenə də aktualdır. Ombrenin çoxsaylı variasiyaları var və onların istənilən variantı dəbdədir.
.jpg)
6. Çiçək naxışları
Çiçək naxışları yalnız geyim əşyalarında deyil, pedikürdə də özünü göstərir.

7. Qızılı və ya gümüşü
Metal rəngli manikürün indi trend olduğundan yəqin ki, xəbərdarsınız. Üstəlik metal pedikür ikiqat dəbdədir.

8. Fransız manikürü
Klassik fransız manikürü hər zaman aktualdır. Lakin bu yay onun qeyri-ənənəvi modelləri trenddir. Məsələn, belə.

9. Romantik
Romantik manikürü toya hazırlaşan qızlar çox bəyənəcək. Belə pedikür həm gəlinlər, həm də özünü şahzadə kimi hiss etmək istəyən qızlar üçün ideal seçimdir.

10. Zolaq
Zolaqlı pedikür ayaqlarda çox effektli görünür. Paltarı və ayaqqabını zolaqlardan birinin rənginə uyğun seçdikdə obraz orijinal alınır.
.jpg)
Aytən
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)


















