Gözəllik
Dişləri bu yolla ağardın - FOTOLAR
Çaya və salatlara dad vermək üçün istifadə etdiyimiz limon gözəlləşmək və sağlam qalmaq istəyənlərin də sevdiyi məhsuludur.
Publika.az limonun 7 faydasını təqdim edir.
Əgər əlinizin altında limon varsa, o zaman mütləq limonun aşağıdakı faydalarından bəhrələnin.
Dırnaqları möhkəmləndirir
Dırnaqları tez-tez boyadıqda tərkibindəki aseton və digər maddələr ona zərər verir və dırnaqların qırılmasına səbəb olur. Bunun qarşısını almaq üçün bir xörək qaşığı zeytun yağına bir neçə damcı limon əlavə edin və qarışdırın. Bu qarışığı dırnaqlara sürtün. Gecə yatmazdan əvvəl tətbiq etdikdə və əlcək taxdıqda nəticəsi daha yaxşı olacaq.
Saç diblərini gücləndirən maska
Limon suyunu bal, zeytun yağı və hind qozu yağı ilə qarışdırıb saç diblərində sürtün. 10 dəqiqə saxlayıb yuyun.
Qara nöqtələri aradan qaldıran maska
Limonun tərkibindəki sitrik turşusu dəri problemlərinin müalicəsində çox təsirlidir. Yarım limonu birbaşa qara nöqtələrə sürtün. Gecə yatmazdan əvvəl çəkdikdə daha təsirli olur.
Dişləri ağardır
Bahalı məhsullar əvəzinə limonun faydalarından yararlanın. Limon suyu və karbonatı qarışdıraraq diş məcunu hazırlayın. Bu iki məhsul dişləri ağartmaq üçün çox effektlidir.
Dəriyə parlaqlıq bəxş edir
Dəriniz solğundursa, səhərlər üzünüzü yuyanda suya bir neçə damcı limon əlavə edin.
Yağlı dəriyə və qara nöqtələrə son
Dəridəki artıq yağları təmizləmək üçün pambığa bir neçə damcı limon suyu sıxın və yatmazdan əvvəl tonik kimi üzünüzü onunla təmizləyin.
Saç rəngini açır
Saç rəngini təbii yolla açmaq istəyirsinizsə, limon suyundan istifadə edin. Limon suyunu sprey şüşəsinə əlavə edin və saçlara püskürdün. Günəşin altında yarım saat gəzdikdən sonra saçınızı yuyun. Tellərin yanmaması üçün kokos yağı çəkin.
Aytən
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
















.jpg)



















