Gözəllik
Super modellərin gur saçlarının sirri - FOTOLAR
Super modellərin ideal formada qala bilməsi üçün nə etdiyi, hansı pəhrizləri saxladığı barədə mütəmadi olaraq məlumat veririk. Lakin dünya şöhrətli modellərin gur saçlarının sirri də xanımları maraqlandıran mövzulardan biridir. Çoxu etiraf edir ki, saçlarının sağlam, parıltılı və gur olması üçün müxtəlif maskalardan istifadə edir. Ancaq mütəmadi qulluqdan əlavə, düzgün qidalanma da vacibdir. Bu səbəblə super modellər qidalanma rasionundan saçları möhkəmləndirən bəzi məhsulları heç vaxt əskik etmir.
Publika.az super modellərin saçlarını gücləndirən qidaları təqdim edir:
1. Jizel Bündxen

Super model Jizel Bündxen hər gün mütləq tərəvəz yeyir! Belə ki, onun qidalanma rejiminin təxminən 80 faizi tərəvəzlərdən ibarətdir. Xüsusilə A vitamini ilə zəngin olan yerkökü sayəsində saçlarının tökülməsinin qarşısını almış olur.
2. Karli Kloss

Məşhur model Karli Kloss moda həftələrində sağlam qidalanmağa üstünlük verir. Karli hər səhər mütləq qida dəyəri yüksək olan avokado yeyir. Bu meyvənin tərkibindəki yağlar həm dəri üçün, həm də saçlar üçün çox faydalıdır.
3. Coan Smalls

Coan Smalls da həmkarları kimi səhərlər yaşıl tərəvəz yeməyi çox xoşlayır. O, habelə qara düyüyə də böyük yer verir. Qara düyünün tərkibindəki biotin saçları gücləndirir.
4. Kendall Jenner

Kendall Jenner yaşıl çay və su dəlisidir. Bundan başqa, saçın ¼-nin su olduğunu bilirdiniz? Məhz bu səbəbdən Kendall gündə 2 litr su və 2 stəkan yaşıl çay istehlak edir.
5. Cici Hadid

Yumurta Cici Hadidin ən çox yediyi qidadır. Cici gün ərzində 2 və ya 3 yumurta yeyir. Zülallarla zəngin yumurta saçların tökülməsinin qarşısını alır, həm də həcmli edir.
Aytən
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik
-
MDB14:03Ramzan Kadırova ordu generalı paqonları təqdim edildi
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi
-
MDB13:25Məşhur sovet psixoterapevti vəfat etdi
-
Ekologiya13:20Bakıda betonun üstündə yaşıllıq axtarışı: Plan baş tutacaq?
-
Nida Xəbər 12:55Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi
-
Ekologiya12:47Bakıya yağış yağacaq - HAVA PROQNOZU




































.jpg)