Gözəllik
Qoltuq altı qaralmasına qarşı effektiv vasitələr
Qaralmış qoltuq altı yayda çoxumuzu narahat edən problemlərdən biridir. Xüsusilə qısa qollu köynəklər geymək istədikdə qaralmış dəri xoş təsir bağışlamır.
Publika.az-ın gözəllik bölməsi bu problemi bir göz qırpımında həll etməyin effektli və sadə üsullarını təklif edib.
1. Sirkə
Düyü unu və sirkəni qarışdırıb maska hazırlayın. Qoltuq altlarını bu maska ilə yaxşıca silin. Bu vasitə sadəcə dərini ağartmır, eyni zamanda pis qoxuya səbəb olan bakteriyaların da ölməsini təmin edir.
2. Portağal qabığı
Portağal qabığını günəşdə qurutduqdan sonra sürtgəcdən keçirib, üzərinə gül suyu əlavə edib qarışdırın. Bu məlhəmi qoltuq altına çəkib qurumasını gözləyin. Sonra soyuq suyla yaxalayın. Portağal ilə gül suyu ölü hüceyrələrin ölməsinə və dərini ağartmağa yardım edir.
3. Limon
Limon da qaralmış diz və dirsəklər, eləcə də qoltuq altları üçün çox effektli məhsuldur. Onun tərkibindəki turşular dərini dərindən təmizləyir və ağardır. Bunun üçün limonu iki yerə bölüb, bir neçə dəqiqə qoltuq altlarına sürtün. Lakin limonun dərini qurutmaması üçün prosedurdan sonra mütləq nəmləndirici krem çəkin.
4. Səndəl ağacı
Səndəl ağacı tozu və gül suyunu qarışdırın, əldə etdiyiniz məlhəmi qoltuq altına sürtüb 15 dəqiqə saxlayın. Səndəl qoltuq altlarında hopub qalmış kiri təmizləyəcək, gül suyu isə dərini yumşaldıb pis tər qoxusunu azaldacaq.
5. Karbonat
Karbonat dərini ağardan ən effektli vasitədir. Onu su ilə qarışdırıb, qatı məcun halına gətirin. Qolun altını mütəmadi olaraq onunla sildikdə ağardır, həm də kəskin tər qoxusunu azaldır.
Aytən
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
















.jpg)



















