Gözəllik
Neslihan Atagülün gözəllik sirləri - FOTOLAR
İlk dəfə "Yarpaq dökümü” serialında oynayan Neslihan Atagül haqqında rahatlıqla "qapalı qutu” deyə bilərik. Şəxsi həyatını gündəmə gətirilməsini sevməyən gözəl aktrisa çox soyuq görünsə də, mükəmməl üz cizgiləri və istedadı sayəsində böyük populyarlıq qazanıb. Xüsusi ilə də “Kara Sevda” serialından sonra 23 yaşlı aktrisa türk xalqının sevimlisinə çevrildi.
Publika.az oxucuları aktrisanın gözəllik ritualları tanış edib.
Neslihan Atagül ideal bədən quruluşunu necə qoruyur?
Neslihan Atagül yaxşı havalarda velosipedini də götürüb gəzməyə çıxır. Aktrisa bu idmanı çox sevdiyini, ona həm ruhən, həm də fiziki cəhətdən müsbət təsir etdiyini söyləyib. Soyuq havalarda fitneslə məşğul olur.
Neslihan Atagül dərisinə necə qulluq edir?
Ağır makiyajı sevməyən Neslihan Atagül təbii tərkibli kosmetik məhsullarına üstünlük verir. Meyvə və tərəvəzlərdəki vitamin, mineral tərkibi dərisini kənar təsirlərdən qoruyur və bəsləyir. Qara nöqtələri aradan qaldırmaq üçün pomidor və limon maskası edir. Neslihan hər gün çoxlu su içir və yuxu rejimə ciddi fikir verir.
Limon maskasının hazırlanması:
1 ədəd limonun suyunu sıxıb 1 stəkanı ilıq su ilə qarışdırıb şüşə butulkaya tökün. Səhər və axşam pambıq köməyiylə limonlu suyu dərinizə sürtün. 15-20 dəqiqədən sonra ilıq su ilə yuyub nəmləndirici krem çəkin.
Neslihan Atagül saçına necə qulluq edir?
Neslihan Atagülün uzun parlaq və güclü saçlarına hamımız heyranıq. Gənc aktrisa saç tipinə uyğun şampun və saç kremini istifadə etməyə diqqət göstərir. Çəkilişlərdən dolayı saçları tez-tez fenləndiyi üçün adi günlərdə saçını yuyub təbii halda buraxır.
Aytən
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı















.jpg)






















