Saxta ilə orijinal ətri fərqləndirməyin 9 üsulu - FOTOLAR
Bizi izləyin

Gözəllik

Saxta ilə orijinal ətri fərqləndirməyin 9 üsulu - FOTOLAR

Təəssüf ki, bəzən böyük mağazalar da alıcılara saxta məhsullar satır. Və bu nəinki bizə təsir edir, həm də sağlamlıq üçün təhlükəlidir. Xoşbəxtlikdən ustalıqla qablaşdırılmış saxta ilə orijinal ətri bir-birindən xüsusi əlamətlərinə görə fərqləndirmək mümkündür.

Publika.az bu yazıda oxucuları saxta ilə orijinal ətri bir-birindən fərqləndirməyin 9 yolu ilə tanış edib.

Sellofan qablaşdırma

Orijinal ətrin qutusu yığılmayan sellofandan, kip şəkildə üzlənib, onu barmaqlarınızla qatlanmaq, itələmək olmur və ya büküşlər təşkil etmir. Saxta ətrin sellofan qablaşdırması isə çox pis və səliqəsiz düzəldilir.

Səliqəlilik tikiş

Polietilen qablaşdırmada tikiş yeri 5 mm-dən çox olmamalıdır. Saxta ətirlərdə yapışqan izləri qalır. Orijinalda isə o, çox həssas və dəqiq düzəldilir.

Karton

Ətriyyat istehsalçıları kartona qənaət etmirlər, ona görə də onlar ətrin rahat qalması üçün onun içinə xüsusi konstruksiya qoyur və belə qablaşdırılmada flakon tərpənmir. Konstruksiyanın hər biri keyfiyyətli kartondan olmalı və ətri möhkəm saxlamalıdır. Həmçinin karton bozumtul deyil, ağ kağızdan olmalıdır.

Üzərindəki yazılar

Qablaşdırmada ekoloji nişan - (dövrə vuran nişan) qızılı ox yuxarıdan aşağı doğru (soldan sağa) fırlanmalıdır.

Mağazada ətirlərin üstündəki məlumatları birbaşa istehsalçının saytındakı məlumatlarla tutuşdurmağa utanmayın. Məlumatlarda heç olmasa bir detal üst-üstə düşmürsə, deməli, əlinizdəki saxtadır.

Dizayn

Yəqin ki, siz də eyni adlı ətirlərin iki fərqli dizaynda satıldığını görmüsünüz. Bu, məşhur brendlərin ətirlərinin sürətini çıxardan firmalara özünü məhkəmələrdən və alıcı şikayətlərindən qorumağa imkan verir. Odur ki, ətrin qutusu kimi flakona da diqqətlə baxın.

Ətirlərin rəngi

Tanınmış markalar daha çox solğun çalarlı ətirlər istehsal edir və çoxlu sayda boyaq maddələrindən istifadə etmir. Tünd və parlaq rəng isə çox güman ki, qarşınızda saxta olduğu barədə məlumat verir.

Flakonun qapağı

Orijinal ətir qapağı flakona tamamilə mütənasibdir, əlbəttə ki, boş qalmır.

Partiyanın seriya nömrəsi

O, ətir şüşəsinin lap aşağı hissəsinə olmalıdır. (Yapışdırılmayan formada) Orijinal ətirlərdə rəqəmlər karton qutuların dibindəki nömrə ilə üst-üstə düşür.

Flakon

Orijinal ətirlərin flakonları çox səliqə ilə düzəldilir. Saxta ətirlərdə şüşənin üzərində girintili-çıxıntılı və qeyri-bərabər calaqlar var.

Ümumiləşdirsək, onu demək olar ki, orijinal ətrin qablaşdırmasında hər bir detal çox yüksək keyfiyyətdə hazırlanır. Əgər saxta ətirlərə diqqətlə nəzər salsaq, onların orijinalla müqayisədə səliqəsiz olduğunu aydın görə bilərik.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm