Gözəllik
Saxta kosmetikanı orijinaldan fərqləndirməyin 7 üsulu - FOTOLAR
Belə qənaət sağlamlığınız bahasına başa gələ bilər!
İnsafsız satıcıların müştərilərə saxta məhsulları satması aktual problemlərdən biri olaraq qalır.
Publika.az bu yazıda oxucuları saxta ilə orijinal kosmetik məhsulları bir-birindən fərqləndirən əlamətləri təqdim edir.
1. İlk növbədə yadda saxlayın ki, brend kosmetika heç vaxt aşağı qiymətə satıla bilməz. Axı heç bir mağaza öz ziyanına işləməz. Saxta malın qiyməti isə çox ucuz olur. Odur ki, şübhəli satış nöqtələrindən kosmetika almayın. Təəssüf ki, saxta mallara hətta sanballı mağazalarda təsadüf etmək olar. Ona görə də yaxşı olar ki, məhsulu almazdan əvvəl brendlərin rəsmi saytına daxil olub, sertifikatlaşdırılmış satış nöqtələrinin yerini öyrənin. Ən yaxşı çıxış yolu kimi mağazadan aldığınız kosmetik məhsulların sertifikatını tələb edin. Vicdanlı satıcı heç bir problem olmadan bunu edəcək.

2. Məhsulun qablaşdırmasının dizaynına diqqət edin. Hətta brend məhsulun saxta versiyasını çıxaran istehsalçılar da yazıların keyfiyyətində, ölçüsündə, rəngində və parlaqlığında, həmçinin şriftlərdə və s. xırda detallarda səhvə yol verir.

3. Ətriyyat kimi göz kölgələrinin nömrəsi həm plastik korpusun, həm də məhsulun qablaşdırmasının üstündə qeyd olunur, bu nömrələr üst-üstə düşməlidir. Ştrix-kodu sözügedən istehsalçı ölkəyə uyğun olmalıdır.

4. Rənglərin palitrasını kosmetika brendinin rəsmi saytından öyrənin. Saxta istehsalçılar əksər hallarda orijinal variantlarda olmayan rəngləri uydurur.

5. Orijinal kosmetikanın teksturası eynidir, xoşagəlməz qoxusu və ya lax notları yoxdur. Məsələn, saxta pomadanı qablaşdırmasından, qapağın bağlanmasından, eləcə də məlhəmin yayılmasından müəyyənləşdirmək olar. Saxtalaşdırılmış tuşun teksturası həddən artıq duru və ya bərk ola bilər. Bundan başqa, tuşun orijinallığını seçilən fırçası tez-tez ələ verir.

6. Fırça, tüklər, yazılar eyni cürdür. Lakin keyfiyyəti, ölçüsü, forması və tüklərin rəngi tamam fərqlənir.


7. Kremin teksturasını həmişə birinci əlinizdə sınayın. Yaxşı mağazalarda məhsulu yoxlamaq məqsədi ilə sınaq variantlarını təklif edirlər. Məhsulu əlinizdə yoxladıqda onun yayılmasından keyfiyyəti və davamlılığını yoxlaya biləcəksiniz.

Əgər dərinizə zərər vermək istəmirsinizsə, kosmetik məhsul alan zaman son dərəcə diqqətli olun.
Aytən
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək






































