Gözəllik
Qaşlarını almayan məşhurlar - - FOTOLAR
Qaşlar qadın simasına ifadə verən və diqqət çəkən üz cizgiləridir.
Publika.az xəbər verir ki, təbiiliyin hakim olduğu dəb trendləri makiyajda da təbii olmağı diktə edir. Artıq neçə ildir ki, alınmamış qalın qaşlar dəbdədir. Bir sözlə, bu mövsüm qaşların ciddi redaktəyə ehtiyacı yoxdur.
Qalın qaşlar bir çox qızlar üçün problemə çevrilsə də, dünya ulduzları bu dəblə böyük mənnuniyyətlə ayaqlaşır. Biz qaşlarını aldırmağı xoşlamayan ulduzların siyahsını təqdim edirik.
Odri Hepbern

1950-ci illərin stil ikonası - Odri Hepbern gözəllik trendlərinə də təsir göstərib. Ordi Hepbernin dillərdə dolaşan qalın qaşları hələ də xatirələrdən silinməyib. Hətta qalın qaş dəbini onun başlatdığını demək olar. Bəzi makiyaj ustaları və dəb mütəxəssisləri onun qalın qaşlarını tənqid etsə də, aktrisa ömrünün sona qədər qaşlarını aldırmayıb. Əksinə, qələm vasitəsi ilə onu daha da qalınlaşdırıb forma verirdi.
Meri-Keyt və Eşli Olsen bacıları

Olsen bacıları da təbiilik trendləri ilə ayaqlaşır və qaşlarını almamağa üstünlük verir.
Merlin Manro

Merlin Manronun qaşları heç vaxt qalın olmayıb. Ancaq üzünə yaraşan gözəl qaşları var idi. Qaşlarını almağı sevməyən aktrisa makiyaj hiylələri ilə qaşlarını qalınlaşrır və forma verirdi. O dövrlərdə aypara formasında qaşların aktual olmasına məhz o səbəb olmuşdu.
Bambi Norsvud Blit

Bambi Norsvud Blit məşhurluğunu qalın qaşlarına borcludur. Hər il onlarla dəb jurnallarının səhifələrini bəzəyən model qızların ilham mənbəyidir.
Bianka Balti

Bianka Balti isə həmkarlarından fərqli olaraq, nazik qaşlara malik olduğu üçün onu aldırmağa ehtiyac görünmür. Sadəcə qaş qələmi ilə forma verməklə kifayətlənir.
Brok Şilds

Qalın qaş dedikdə ağla ilk gələn isimlərdən biridir. Təbii gözəlliyini heç nəyə dəyişməyən ulduz qaşları ilə məşhurlaşmışdı. Gözəl mavi gözləri ilə qalış qaşları bir-birini ələ şəkildə tamamlayır.
Madonna


Madonnanın qalın qaşlardan isə əsər-əlamət qalmsa da, vaxtı ilə qaşları çox qalın olub.
Sofi Loren

50 və 60-cı illərin makiyaj dəbinə damğa vuran aktrisalardan biridir. Onun da qaşları makiyaj trendlərinə təsirsiz ötüşməmişdi.
Sindi Krouford

Unudulmaz top modellərdən olan Sindi Krouford karyerasının ilk illərində qalın qaşlara üstünlük verirdi.
Natali Portman

Qalın qaşları olmasa da, çox bəyənilən xanımdır. Qaşlarının təbii forması düzgün üz cizgilərinə çox yaraşır.
Kara Delevin

Son zamanlar moda dünyasının kraliçasına çevrilən və Karl Laqerfeldin sevimlisi olan Kara Delevin də qalın qaşları sevir. Müasir dövrdə qalın qaşların yenidən gündəmə gəlməsinin əsas səbəbkarlarından biridir.
Karli Kross

Bir çox qızlar modelin təkcə ideal bədən quruluşuna deyil, təbii və alınmamış qaşlarına da həsəd aparır.
Neslihan Atagül

Türkiyəli aktrisa Nesliahn Atagül də qaşlarını aldırmayan məşhurlar sırasına daxildir. Aktrisa qaşlarının təbii formasını çox bəyəndiyini və aldırmağı düşünmədiyini söyləyib.
Aytən
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı















.jpg)





.jpg)
.jpg)





.jpg)












