Gözəllik
Sinənin sallanmasına və tez qocalmasına səbəb olan SƏHVLƏR - FOTO
Heç bir qadın yaşa dolsa da, gözəlliyini itirmək, hətta sinəsinin sallanmasını istəməz. Lakin gündəlik həyatda diqqət etmədiyimiz bəzi davranışlar döşlərin sallanmasına səbəb olur.
Publika.az sinənin sallanmasına səbəb olan xətaları təqdim edir.
Ani çəki itkisi
Qeyri-sağlam pəhrizlər bir müddət sonra həm sürətlə kökəlməyə səbəb olur, həm də döşlərin sallanması ilə nəticələnir. Bu zaman həssas sinə dərisi təbii həcmini itirdiyi kimi elastikliyini də itirir.
Siqaret çəkmək
Siqaret çəkmək yalnız ciyərlərə deyil, sinələrə də zərər verir. Siqaret qan dövranını zəiflətdiyi üçün bu, dəriyə də mənfi istiqamətdə təsir edir. Beləliklə, dəridə qocalma və sallanma meydana gəlir.
Səhv büstqalter seçimi
Səhv büstqalter seçimi nəticəsində də sallanmalar yarana bilər. Sinənin ölçüsünə uyğun olmayan, o cümlədən dəstəksiz büstqalter də sallanmalara səbəb olur.
Günəş şüası
Günəşin mənfi şüaları əleyhinə qoruyucu krem istifadə etməmək və intensiv günəşə məruz qalmaq dərinin qocalmasına və qırışmasının səbəb olur. Bu amil sinələrə də aiddir. Günəş şüalarına məruz qalan dərinin zərər görməsi və kollagendə yaranan dəyişikliklər döşlərə mənfi istiqamətdə təsir edir. Dekolte geyinib geyimədiynizdən asılı olmayaraq, sinələrə SPF tərkibli günəşdən qoruyucu kremlər çəkin.
Səhv idman növü
Bəzi mütəxəssislər qaçışın və ya iplə tullanmanın döşdəki kollagenə zərər verdiyini irəli sürür. Ağır idman növlərinin də sinələrə zərər verdiyi iddia olunur. Bu o demək deyil ki, idman etmək olmaz, sadəcə məşqlər üçün xüsusi hazırlanan büstqalter seçmək lazımdır.
Yetərsiz su
Suyun dəri üçün çox faydalı olduğunu bilirik. Kifayət qədər su içmədikdə dəri həcmini və elastikliyini itirir, dolayısı ilə qocalmasına yol açaraq sinənin sallanmasına səbəb olur.
Aytən
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama














.jpg)






















