Gözəllik
Gəncliyin sirri yumurtalıqda!
Amerikalı alimlər apardığı tədqiqatda gəncliyin və uzunömürlü olmağın sirrini tapmağa nail olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Yuta Universitetində aparılan tədqiqatda məlum olub ki, qadınlarda yumurtalıq köçürülməsi ömrü uzadır. Siçanlar üzərində çalışan mütəxəssislər sağlamlıq problemləri olan dişi siçovullara yumurtalıq köçürüb. Əməliyytadan sonra beyin, qaraciyər və ürək funksiyalarının fəaliyyəti yaxşılaşan siçanların ömrünün təxminən 650 gündən 1000 günə çıxdığı müşahidə olunub.
Mütəxəssislər iddia edir ki, bu əməliyyat metabolizmi canlandırır və immunitet sistemini gücləndirir. Alimlər yeni üsulun insanlar üzərində də həyata keçirilməsi üçün işlər aparır. Araşdırma qrupunun professoru Cefri Mason qadınlardan 20-dan yaşdan sonra alınan kök hüceyrə sayəsində inkişaf etdirilən yumurtalıqların gələcəkdə onlara köçürülməsinin mümkünlüyünü vurğulayıb.
Aytən
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































