Gözəllik
Dərini cavanlaşdıran təbii və unikal vasitə
Kosmetik vasitə kimi artıq qədim zamanlardan bəri zeytun yağından istifadə edilib. Onun populyar olması antioksidantlar, vitamin və digər bioloji aktiv maddələr ilə zəngin olması ilə əlaqədardır. Zeytun yağı bütün növ dərilər üçün faydalıdır, lakin ondan daha çox quru dəri və zəif saçlı xanımların istifadə etməsi məsləhət görülür.
Zeytun yağı dərini nəmləndirir və hamarlaşdırır. Quru və solmuş dəriyə parlaqlıq verərək, onu canlandırır. Tərkibində yağlı turşular var ki, dəridəki yağ balansının tarazlaşdırır, antioksidantlar dərini qoruyur.
Publika.az dərini cavanlaşdıran zeytun və yaşıl çay maskasının reseptini təqdim edir.
1. Yaşıl çay yarpaqlarını qəhvə üyüdən alətdə toz halına gətiririk. Yaşıl çay alarkən mütləq keyfiyyətlisini seçmək lazımdır.
2. Zeytun yağı ilə xırdalanmış yaşıl çay yarpaqlarını qarışdırırıq. Maskanı bir gün saxlamaq lazımdır. Əgər maskanı soyuq üsulla hazırlayırıqsa, onda zeytun yağı ilə yaşıl çayı 3 saat ilıq suda saxlayırıq.
3. Bu müddət ərzində yaşıl çayda olan bioloji aktiv maddələrin çoxu yağa keçəcək. Beləliklə də maska dərinin dərinliklərinə nüfuz edə biləcək.
4. Maskanı hazırladığımız qaba o, sıyıq halını alana qədər kiçik porsiyalarla qarğıdalı unu əlavə edirik.
5. Alınan qarışığı üzə çəkirik, 15-20 dəqiqə saxlayırıq, sonra dairəvi hərəkətlərlə masaj edərək səliqə ilə yuyuruq. Maska-skrab dərini qidalandırır və yumşaldır, ona rahatlıq və sağlam rəng bəxş edir, həmçinin dərini vitaminlər və minerallara zənginləşdirir.
Aytən
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































