Gözəllik
2016-cı ildə yaddaşlarda iz buraxan qaradərili gözəllər - FOTOLAR
Moda və gözəllik dünyası artıq “90-60-90” standartlarına görə hərəkət etmir. Yəni müasir tendensiyaların nəticəsində reklam çarxlarında istənilən rəng və ölçüdə modelləri görə bilərik.
Publika.az “The Daily Beast” nəşrinə istinadən gözəllik idealına fərqli baxışı təsdiqləyən statistikanı təqdim edir.
Qaradərililərin moda dünyasında iştirakında rekord artım
Fashion Spotun illik analizinə nəzər salsaq, 2016-cı ildə dəb jurnallarının 29%-nin üz qabığını qaradərili qızlar bəzəyib. Bu rekord göstəricidir.
Oktyabr ayında Fashion Spot Nyu-York, Milan, Paris və Londonda keçirilən Yüksək Moda həftəsini təhlil edib: Podiuma çıxan modellərin 25,4 faizi qaradərili olub. Bu, moda tarixində ən yüksək göstəricidir.
“Oskar”a layiq dəyişiklər
Yanvar ayında “Oskar” mükafatlandırma mərasimini amerikalı aktyorlar “boykot” etdi. Onları qəzəbləndirən səbəb isə nominallar arasından ancaq ağdərililərin olması idi.
“Oskar”da rənglilər insanları əyləndirir və mükafat paylayır. Amma aktyorluq nailiyyətlərimiz nadir hallarda mükafatlandırılır. Bəlkə biz ümumiyyətlər mərasimdə iştirak etməyək? Biz icazə verdiyimiz kimi, onlar bizlə rəftar edirlər”. Bunu “Facebook” sosial şəbəkəsində Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smit yazıb.
Etiraz dalğasından sonra başda onun prezidenti Şeril Bun Аyzeks olmaqla ABŞ-ın elm və sənət Akademiyası bu işdə daha fəal davranmağa başladılar.
“Bu, çətin amma lazımı söhbət idi. Böyük dəyişikliklərin vaxtı gəlib”, - deyə Ayzeks bildirib. Və onu da qeyd edib ki, 2016-cı il və daha sonrakı illərdə zəruri müxtəlifliyə nail olmaq üçün əlindən gələni edəcək.
Heç kəs riski sevmir
Belə skandallardan mətbuat üzvləri də qorxur. Təsadüfdür, ya yox, amma 2016-cı ilin may ayında Playboy jurnalı “İlin qızı” müsabiqəsinin qalibini qaradərili modeli seçib.“Playboyun əsas rəfiqəsi” statusuna 31 yaşlı amerikalı model Yudcina Vaşinqton layiq görülüb.
Qaradərili qızlar nadir hallarda belə uğura imza atırlar. Hər kəsə aydındır ki, jurnalın banisi Hyü Hefner sarışın qızları sevir.
Ancaq buna baxmayaraq, qaradərili modellər ağdərililərə nisbətən jurnalların üz qabığında daha az çıxırlar. Ən yaxşı nəticə isə Lyüpita Nionqoya aiddir: 2016-cı ildə 5 üz qabığı. Məsələn, ağdərili Cici Hadiddə bu say 14-ə, Bellada isə 8-ə çatıb.
Harper’s Bazaar, Love, Marie Claire UK, Porter, Vogue Germany kimi nüfuzlu jurnallar isə 2016-cı ildə üz qabıqlarına ümumiyyətlə qaradərili modelləri layiq görməyib.
Özümüzdən olan modellər
Fashion Spot jurnalistləri böyük ölçülü və yaşlı modellərin getdikcə məşhurladığını bildiriblər.
Bu, jurnalların yox, istehlakçının tələbidir. Bunun nəticəsində 2016-cı ildə 50-ci ölçüdə geyim geyinən Eşli Qrem “Sports Illustrated Swimsuit” jurnalı üçün çəkilən ilk böyük ölçülü model oldu.
Mələk
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto














.jpg)
.jpg)






















