Gözəllik
Üzü isti, yoxsa soyuq su ilə yumalı?
Dəri məsamələrini tıxayan çirki təmizləmək üçün üzü hər səhər yumaq lazımdır. Dəri təmiz olduğu zaman daha yaxşı nəfəs alır, qidalandırıcı kremlər dərini daha yaxşı nəmləndirir.
Publika.az xəbər verir ki, bunun üçün ilk növbədə üzü düzgün yumaq vacibdir. Dermatoloqlar bildirir ki, isti su üzün qurumasına səbəb olur, soyuq su isə çirklərin tamamilə təmizlənməsini mane olur. Bu səbəblə ən doğrusu ilıq sudur.
Üzü yumazdan əvvəl əlləri dəri tipinə uyğun sabunla yaxşıca yumalısınız. Daha sonra təmizləyici sabunun köpüyünü üzünüzə yayıb yumşaq hərəkətlərlə ovuşdurun. Son olaraq üzü ilıq su ilə yaxşıca yaxalayın. Üzü dəsmalla silən zaman dəriyə çox sərt basmayın.
Üzü nə qədər yumaq lazımdır?
Üzü çox yumaq da yanlışdır. Çünki dəri öz yağını istehsal etmədən onu yenidən yusanız, bu dərinin qurumasına səbəb olur. Həmçinin kondisioner və havasız otaq da dəri quruluğuna səbəb ola bilər. Buna əngəl olmaq üçün gün ərzində nəmləndirici kremlər istifadə edin.
Lakin yadda saxlayın ki, üzü səhər erkən saatlarda soyuq su ilə yumaq yaşlılıq əleyhinə çox təsirli üsuludur. Yalnız soyuq su ilə birlikdə üzü yüngül masaj etmək qan dövranının sürətləndirməsinə səbəb olur. Dolayısı ilə bu zaman üz dərisi daha təravətli və parlaq olur.
Ümumilikdə dəriyə hələ uşaq yaşlarından qulluq etmək lazımdır. Günəşli havalarda nəmləndirici krem istifadə etmədən küçəyə çıxmayın. Eyni zamanda dəriyə uyğun məhsullar istifadə edilməlidir. Bununla belə xloru az olan adi su da yaxşı tonikdir.
Aytən
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Digər13:15Hərbçilər tunellərdə SES işçilərini axtarırlar - 934 nəfər yoxa çıxıb
-
İdman13:06Litva səfirindən Qurban Qurbanova dəstək: "Belə irs daim yaşayır!”
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto























.jpg)











.jpg)

.jpg)