Gözəllik
Saçları tez yağlanan xanımlar, MÜTLƏQ OXUYUN!
Tez yağlanan saçlar saç modelinin pozulmasına, saçın çirkli və solğun görünməsinə səbəb olur. Lakin bir çox üsullardan istifadə edərək, saçların yağlanmasına səbəb olan problemləri aradan qaldıra bilərsiniz.
Çox toxunmaq
Saçları tez-tez daramaq və əl vurmaq tez yağlanan saçların başlıca səbəblərindən biridir. Saçlarla oynadıqda əllərdə olan tər, yağ və çirklər saçların yağlanmasına yol açır. Tez-tez daramaq da yağ istehsalını artırır.
İsti su ilə yumaq
İsti su saç dərisini qurudaraq çox yağlanmasına səbəb olur. Bu səbəbdən də saçlarınızı yuduğunuz suyun isti olmamasına diqqət edin. Soyuq su istifadə edə bilmirsinizsə, ilıq su ilə yuyun.
Kremli şampunlardan uzaq durun
Doğru şampun seçmək hər saç tipi üçün çox əhəmiyyətlidir. Yağlı saçları olanlar da saçlarının tez yağlanmaması üçün kremli şampunlardan uzaq durmalıdırlar. Eyni zamanda, saçlarınızı yaxşı islatmağa da diqqət yetirməlisiniz. Yaxşı durulanmayan saç da tez yağlanır. Həftədə 1-2 dəfə kəpəyə qarşı şampun istifadə edin.
Saçları tez-tez düzləşdirmək
Düz saçlar başa yapışıq qaldığı üçün tez yağlanır. İstilik da yağ istehsalını artırır. Buna görə də hər duşdan sonra saçı düzləşdirmə vərdişindən imtina edin. Fendən də az istifadə edin.
Qidalanmaya diqqət edin
Həddindən artıq yağ istehsalına səbəb olan, dərini yağlandıran yeməklərdən uzaq durun. Yağlı dəri yağlı saçlar deməkdir. Saçları tez yağlanan insanlar xüsusilə "fast-food" yeməkdən qaçmalıdırlar.
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































