Gözəllik
Məşhur ilahiyyatçıdan “Silikon vurdurmaq günahdır“ sualına cavab
Məşhur ilahiyyatçı Nihad Hatipoğlu qadınların bədənindəki bəzi qüsurlarını estetik əməliyyatlar vasitəsi ilə aradan qaldırılmasının günah olmadığını deyib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbərverir ki, məşhur ilahiyyatçının verilişində qadın tamaşaçılardan biri " Allahın verdiyi üzü dəyişdirmək və silikon vurdurmaq dində günahdırmı?” sualını verib. N.Hatipoğlu “Bədənində qüsur olan xanımlar ərlərinin xoşuna gəlmək üçün vurdura bilər" , -deyə cavab verib.
İlahiyyatçı alimin qənaətinə görə, botoks kimi müdaxilələr qadınların üz cizgilərinin bəlli olmasına imkan vermir:
“Bu sual estetik özəlliklə bağlıdır. Yaradılışı tibbi müdaxilədən çox, estetik müdaxilələr ciddi şəkildə dəyişdirir. Bu, çox xoş qarşılanmır. Doğuşdan sonra qadının bədənində hər hansı qüsur yaranarsa, bu, ərlə arvad arasında xoşagəlməz problemlərə səbəb ola bilər. Bu səbəbdən də xanımların bu cür kosmetoloji müdaxilələr etdirməsi dində caiz ola bilər. Lakin dəbə çevrilmiş estetik gözəlliklər qəbul edilmir. Bəzi əməliyyatlardan bir müddət sonra üzdə bəzi dəyişikliklər yaranır. Həmin adamın güldüyü, ağladığı məlum olmur. Allah onsuz da insanı gözəl yaradıb. Gözəl yaradılmış simanı pozmaq düzgün deyil. Sadəcə ailə münasibətlərini qorumaq üçün estetik əməliyyatlar etdirmək olar".
Aytən
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi





































