Gözəllik
200 manatlıq “gözəllik” sizi eybəcər edə bilər
Son illər geniş yayılmış plastik əməliyyat növlərindən biri də yanaqda zənəxdan yaradılmasıdır. Bir çoxları gözəllik naminə istəyir ki, yanaqlarında zənəxdanı olsun. Məhz buna görə həkimə müraciət edənlərin sayı artır.
Məsələ ilə bağlı paytaxtda yerləşən klinikalardan biri hətta qiymət də müəyyənləşdirib: bir yanaqda əməliyyat 200 manatdır. Hər iki yanağını yardırarsansa, qiymətdə güzəşt olunur.
Bəs sözügedən əməliyyatın əks təsirləri varmı?
Sözügedən plastik əməliyyatla bağlı Axar.az-a danışan Bioloji Təbabət Klinikasının kosmetoloqu Kəmalə Bəşirova yanaqda zənəxdan yaradılmasının zərərli bir plastik əməliyyat olduğunu bildirib:
“Bu əməliyyat zamanı yanağın piyləri daxildən götürülür. Həkimlər nə qədər yanaqda zənəxdan yaradılmasının zərərli olmadığını desələr də, əslində, belə deyil. Adətən belə əməliyyatların əks təsiri yaşlandıqda üzə çıxmağa başlayır. Yanaqdakı xüsusi yağlar cərrahi üsulla götürülür və üzü arıqladırlar. Lakin yaşlandıqca üz eybəcərləşməyə başlayır”.
Kəmalə xanım xanımları bu əməliyyatdan uzaq durmağa çağırıb. O qeyd edib ki, müəyyən müddətdən sonra dəridəki dəyişikliklərə görə süni yaradılan zənəxdan öz formasını itirir, bu da xoşagəlməz görüntüyə səbəb olur.
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi





































