Gözəllik
Cennifer Lopes və digər məşhurlar dərinin parıltılı görünməsi üçün BUNU EDİR - - FOTO
Dünya şöhrətli ulduzlar kimi parıltılı və təravətli dəriyə sahib olmaq hər bir xanımın arzusudur. Bəs məşhur aktrisa və müğənnilərin dərilərinin gözəl olmasının sirri nədir?
Publika.az-ın gözəllik bölməsi oxucları Cennifer Lopes, Bella Hadid, Miranda Kerr, Sindi Krouford və digərlərinin dəriyə qulluq ritualları ilə tanış edib.
Cennifer Lopes

İllər keçdikcə gözəlləşən Lopesin dərisinə baxanda onun 47 yaşında olduğuna heç cürə inana bilmirsən. Ulduzun dərisi 20 yaşında qızların dərisindən daha parıltılı, sağlam və gözəl görünür. Onun sirri çox sadədir. Ceylo siqaret çəkmir, alkoqollu içki nadir hallarda qəbul edir, kofein istifadə etmir, şirniyyat isə demək olar ki yemir. Adi dəri baxımlarına etinasızlıq etmir, günəşdə çox qalmamağa üstünlük verir.
Bella Hadid

Bella parlaq dərisini gentetikasına borcludur. Onun anası Yolanda ilə bacısı Cici də mükəmməl dərisi ilə seçilir. Bella dərisinin parıltılı görünməsi üçün anasının məsləhət gördüyü gil maskası detoksu edir. Eyni zamanda dərinin qurumaması üçün nəmləndirici maskalar çəkir.
Miranda Kerr

Miranda Kerr hər bir qadının arzuladığı dəri tipinə sahibdir. O, elə dəriyə sahibdir ki, tonal kremə qətiyyən ehtiyac yoxdur. Odur ki, gündəlikdə, hətta önəmli mərasimlərdə də makiyajdan minimum istifadə edir. Modelin ən sevdiyi dəri baxım məhsulu itburnu yağıdır. Antioksidantlarla zəngin olan itburnu yağı üzünü nəmləndirib parıltılı bəşx edir.
Adele

Təbii makiyaja üstünlük verən Adele gündəlik həyatdan heç bir kosmetikadan istifadə etmir. O, hətta “Rolling Stones Magazine” jurnalının üz qabığı üçün makiyajsız halda çəkilib. İngiltərəli müğənni dərisinin gözəlliyini maskalar və güclü yumor hissi ilə izah edir.
Krissi Teyqen

Krissi Teyqen də Hollivud məşhurları arasında parlaq dərisi ilə seçilir. O, bunun üçün mütəmadi olaraq bal maskaları edir. İstər təyyarədə, istərsə də dünyanın hər hansı ölkəsində olanda özü ilə bir çox krem və losyon aparır.
Zendaya
Zendaya da makiyajda minimuma üstünlük verir. Gecələr üzünü təmizləməmiş, nəmləndirici krem çəkməmiş yatmır. Makiyaj təmizləmə salfetləri, yüngül nəmləndiricilər, dodaq balzamı onun ən güclü gözəllik "alətləridir".
Leyton Msiter

“The Gossip Girlnadiren” qrupunun üzvi Leyton makiyajı sevir. O, əsasən “La Roche Posay” markasının məhsullarından istifadə edir. Bu markanın məhsullarının əsas üstünlüyü ondadır ki, iysiz və zərərsizdir. Odur ki, həmin məhsulları rahatlıqla istifadə edə bilərsiniz.
Lusi Heyl

“Pretty Little Liar”ın ulduzu Lusi Heyl əvvəllər sızanaq problemindən əziyyət çəkib. 6 illik bahalı müalicədən sonra o, mükəmməl üsul kəşf edib. Zərdab və nəmləndiricilərdən istifadə edən Heyl yatmazdan əvvəl üzünü iki dəfə yuyur və müntəzəm olaraq üzünü masaj edir.
Sindi Krouford

Gözəl model parıltılı cildini suana və cakkuziyə borclu olduğunu iddia edir. Əlbəttə, dərisinin qocalmaması üçün başqa maskalar və baxımlar da həyata keçirir.
Jada Pinket Smit

Jada Pinketin dəri baxımı çox ucuz başa gəlir. Üzünü isti buxara tutur. Bu üsul son dərəcə sadə və gördüyünüz kimi təsirlidir.
Aytən
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını öldürdü
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir
-
Magazin206:16"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı





















.jpg)







.jpg)










