Gözəllik
Payız makiyajı: Dodaqlar üçün ən gözlənilməz və incə çalarlar - FOTO
Makiyaj üçün maraqlı variantları payız trendləri arasında axtarın!
Əgər yayda biz obrazımızı adətən sadələşdirir və kosmetikadan az istifadə etməyə çalışırıqsa, soyuq aylarda vəziyyət dəyişir. Vizajistlər payız-qış aylarında xanımlara makiyajdan çox istifadə etməyə icazə verir. Mürəkkəb çalarlar seçmək, parlaq göz kölgələri istifadə etmək, dodaqları tutqun dodaq boyası ilə rəngləmək, yanaqları ənliklə qabarıq şəkildə vurğulamaq və ya imici əsaslı şəkildə dəyişmək olar. Yeri gəlmişkən xanımları mövsümün pomada dəbi ilə tanış edərək onları mənəvi cəhətdən payıza hazırlamaq istəyirik.
Publika.az xəbər verir ki, pomadalar yeni mövsümdə ən başlıca kosmetik vasitələrdən biri olacaq, dodaqlar isə ilk baxışda hər kəsin diqqətini çəkəcək.
Şərab çaları

Hollivud ulduzlarının tez-tez istifadə etdiyi nəcib şərab çaları makiyajı daha gözəl edəcək. Sonra dəri rəngi bərabərləşdirib üzü konturlayın və zəngin boyanı əlavə edin. Saçları atquyruğu şəklində toplayın.
Narıncı

Vizajistlər alqırmızı pomadaları narıncı rəngə dəyişməyi təklif edirlər. Ancaq ehtiyatlı olun! Belə seksual çalar hər kəsin diqqətini cəlb edəcək.
Tünd bənövşəyi

İpək kimi yumşaq teksturaya malik bənövşəyi rəngdə pomada seçin. Son nəticənin maksimum dərəcədə mükəmməl olması üçün dodaqları əvvəlcədən nəmləndirin.
Qəhvəyi

Bu qeyri-adi intensiv çaları üz ifadəsini dərinləşdirmək üçün istənilən makiyajla uyğunlaşdırmaq olar. Mövsümün melanxolik və dumanlı mənzərəsini makiyajınıza əlavə edin.
Qırmızı kərpic

"Nars"ın bu dodaq boyası payızın ən çox arzulanan rəngidir. Zəngin rəngi gündüz də istifadə etmək olar.
Tünd göy
Gecə qaranlığını xatırladan çaların sizi ürkütməsinə imkan verməyin. Bu mövsümdə tünd göy bənövşəyi və tünd qırmızı çalarların yerini işğal edəcək.
Açıq qəhvəyi

Açıq qəhvəyi payız makiyajının əvəzolunma rəngidir. Onlar payız obrazını çox gözəl vurğulayacaq və cəzbedici edəcək.
Mürəkkəb qara

Qotik qara yeni mövsümün ən mürəkkəb rəngi olmağa namizəddir. Sadə makiyajı bu cəsarətli rənglə tamamlayın.
Aytən
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?













.jpg)























