Gözəllik
Qara nöqtələri təmizləyən ƏN UCUZ vasitə
Artıq yay gəlir. Dərimizi gözəlləşdirməyin zamanıdır. Ümumiyyətlə, dərimizin quruluşuna təsir edən bir sıra amillər var. Bunlar genetika, yaş, dəri baxımı və psixologiyadır.
Publika.az xəbər verir ki, dəri təmizləyici maskalar hər yaşa, hər bir dəri tipinə görə fərqlidir. Şəhərin tozu və stress təmizliyinə laqeydlik göstərilmiş dərinin qısa müddətdə problemli olmasına şərait yaradır. Odur ki, öz dəri tipinizə uyğun dəri təmizləyici maskaları istifadə etməyiniz tövsiyə olunur.
Yağlı dəriləri civzələrdən, qara nöqtələrdən təmizləmək üçün ən ucuz vasitəni siz də sınayın.
Qara nöqtələr üçün təsirli maska:
Bir ədəd limon və bir kasa qatıq
Limonun suyunu yaxşıca sıxın. Sonra bir kasa qatığa tökərək qarışdırın. Hazırladığınız qarışığı üzünüzə, gözlərinizdən başqa, hər yerinə çəkin. Limon turşusu gözlərinizi yandıracağı üçün çalışın gözlərinizə dəyməsin. 15 dəqiqə sonra üz dərinizin quruyaraq gərginləşdiyini görəcəksiniz. İlıq bol su ilə maskanı yuyun. Bu maskanı həftədə 1 dəfə tətbiq edin və qara nöqtələrin yox olduğunu görəcəksiniz.
Leyla Sarabi
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?






































