Gözəllik
Sadəliyi və təbiiliyi təbliğ edən məşhurların gəlinlik makiyajından İLHAM ALIN - FOTO
Böyük Britaniya şahzadəsi Harri ilə evlənən aktrisa Meqan Marklın toyu hələ uzun müddət modapərəstlər üçün müzakirə mövzusu olmağa davam edəcək. Axı necə də olmasın? O, hər bir qızın arzuladığı şahzadə ilə ailə qurub.
Dünya şöhrətli lüks brendlərin kreativ dizaynerləri şahzadə xanımı üçün iki fərqli gəlinlik hazırlayıb. Yeri gəlmişkən, M. Markl həyatının ən önəmli günündə geyindiyi gəlinliyini “Givenchy” fransız moda evinin kreativ direktoru Kler Ueyt Kellerə həvalə edib. Olduqca sadə olan gəlinlik 135 min dollara baha başa gəlib. O, obrazını kraliça II Yelizavetanın nənənsi kraliça Meriyə aid olan qiymətli daşlarla işlənmiş tacla tamamlayıb. İkinci gəlinliyin müəllifi isə Stella Makkartni idi.
Publika.az Meqan Marklın sadə gəlin makiyajından ilhamlanaraq bu yazıda oxucuları məşhurların gəlinlik obrazları ilə tanış edib.
Meqan Markl

Meqan Markl makiyajda təbiiliyi sevir. Çil ləkələrini gözəllik əlaməti sayan yeni şahzadə toy makiyajında da yüngül tonal kremə üstünlük verib. Sadə obrazını neytral pomada və dumanlı göz makiyajı ilə vurğulayıb. Gəlinin bəzənməsinə: saç və makiyaja 18 min 431 dollar xərclənib.
Şanina Şayk

“Victorias Secret”in məşhur modelinin şaftal tonlarında edilən toy makiyajı mərasimin konsepsiyası ilə uğurlu vəhdət təşkil edib.
Miran Kerr

Məşhur model Miran Kerr özü etdiyi toy makiyajında çəhrayı tonlara yönəlib. Dərisini baxım yağları ilə nəmlənmdirən Miranda Kerr çəhrayı ənliyini gözlərdə istifadə edərək baxışlarını daha ifadəli edib.
Keyt Middlton

Keyt Middlton da gəlin makiyajını özü edib. Onun gəlinlik obrazında ən diqqətçəkici məqam çəhrayı yanaqları idi. Bu rəng hersoginyanın ala gözləriylə ahəng yaradıb.
İsabelli Fontana

Model ekzotik və romantik gəlinlik obrazını parlaq makiyajla tamamlayıb. Vəhşi baxışlarını isə o, qəhvəyi göz kölgələri ilə vurğulayıb.
Krissi Teyqen

Krissi Teyqenin “Vera Wang” gəlinlik paltarını sadə və klassik makiyajı müşayiət edib. Məşhur modelin parıltılı dəri və parlaq dodaqları, həmçinin şitlikdən uzaq göz makiyajı bir-biri ilə mükəmməl harmoniya içindədir.
Keyt Moss

Tanınmış makiyaj ustası Şarlotta Tolburi Keytin bohem tərzini təbii və qüsursuz makiyajla tamamlamışdı.
Niki Hilton

Niki şahzadələrin gəlinlik fasonlarını xatırladan göz qamaşdırıcı libasını səliqəli makiyaj və çəhrayı ənliklə tamamlayaraq saf gözəlliyi tərənnüm edib.
Oliviya Palermo

Qeyri-adi gəlinlik seçimi ilə modabazları heyrətə salan bu gözəl xanım da sadəlik və dumanlı göz makiyajı pərəstişkarıdır.
Poppi Develin

Sarışın aktrisa qəhvəyi göz kölgəsi və qəhvəyi ənliyin köməyi ilə cəlbedici gəlin obrazı yaradıb.
Solanc Noulz
Beyonsun bacısı toyunda modern kəsimli 3 fərqli gəlinlik geyinmiş və hər birini qırmızı dodaq boyası ilə vurğulamışdı.
Sofiya Verqara

Dəbdəbəli görünməyi sevən aktrisa dolğun makiyajında enerjili xarakterini əks etdirərək bizi təəccübləndirməmişdi.
Aytən
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək

































.jpg)

