Gözəllik
Sellülitləri birdəfəlik yox edən TƏBİİ VASİTƏ
Qışda bədəndə asanlıqla gizlədilən dəri problemlərini və sellülitləri yayda gizlətmək mümkün olmur. Yanlış qidalanma, genetik amillər, hərəkətsizlik, bədənin susuz qalması, qəhvə və qazlı içkilərin çox istifadəsi kimi bir çox amil nəticəsində sellülitlər meydana gəlir.
Publika.az xəbər verir ki, gözəllik üzrə türkiyəli mütəxəssis, tanınmış kosmetoloq Figen Aktos sellülitləri aradan qaldıran təsirli resept verib. Kosmetoloqun sözlərinə görə, bunun üçün qəhvə tumları ilə kokos yağından əldə edilən maskanı 14 gün ərzində tətbiq etmək lazımdır.
İnqrediyentlər:
Qəhvə çəyirdəyi
Kokos yağı
1 ədəd kartof
Hazırlanması:
Çəkiyə əsasən 50 ilə 70 kq arasında olan şəxslər üçün dörd xörək qaşığı döyülmüş qəhvə çəyirdəyinin içinə dörd qaşıq kokos yağı və bir ədəd sürtgəcdən keçirilmiş kartof suyunu əlavə edin. Daha artıq çəkili xanımlar inqrediyentlərin miqdarını artıra bilər.
Maska krem halına gələnə qədər qarışdırın. Qarışığı problemli yerlərə, əzələ istiqamətində aşağıdan yuxarı doğru masaj edərək tətbiq edib streçlə bürüyün. 25 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Effektli nəticə üçün maskanı 14 gün yerinə yetirməlisiniz.
Figen Aktos maskanı tətbiq edən xanımlara məsləhət görüb ki, sellülitli nahiyələrin əvvəl və sonrakı halını çəksin. 14 gündən sonra fərqləri müqayisə etsinlər.
Mütəxəssis onu da əlavə edib ki, kurs müddətində şirniyyatlardan və xəmir xörəklərindən imtina etməkdə fayda vardır.
Aytən
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar













.jpg)

























