Gözəllik
Aygün Kazımovanı gözəl göstərən HİYLƏ: “Hər səhər yuxudan duran kimi bir qaşıq...”
Xalq artisti Aygün Kazımova gözəllik sirlərini paylaşıb.
Publika.az xəbər verir ki, 47 yaşlı sənətçi çoxlarına maraqlı olan gözəllik ayinləri haqqında suallara cavab verib. Gündən-günə gözəlləşən artist etraf edib ki, hər səhər yuxudan duran kimi acqarına bir qaşıq zeytun yağı içir, daha sonra isə bir qaşıt bal udur:
“Meyvəni axşama saxlamıram, çünki tərkibində az da olsa, şəkər var. Hər bir qidanı təzə və çiy halda yedikdə təsiri və effekti daha çox olur. Duz, şəkər və spirtli içkilədən imtina etmişəm, həddən artıq qızarmış yeməklər yemirəm. Etiraf edirəm ki, əvvəllər səhhətimə, səsimə və gözəlliyimə mənfi təsir edən zərərli vərdişlərim olub. Artıq sağlamlığımın qeydinə qalıram, onları tərgitmişəm. bunun nəticəsində həm daxili orqanlarım, həm dərim, həm əhvalım mənə minnətdar olur, həm də məndən gələn enerji insanlara xoş təsir bağışlayır”.
Müğənni bildirib ki, həyatında radikal dəyişiklik etməyə keçən il öz doğum günündən sonra qərar verib:
“Ad günümdən sonra qarşımda böyük məqsəd var idi. Yaradıcılığımın 30 illiyini ölkəmizin ən böyük və ən çox arzuladığım səhnədə möhtəşəm konsert proqramı ilə qeyd etmək istəyirdim”.
Cazibədar sənətçinin sözlərinə görə, artıq həyatını yoqa və pilatessiz təsəvvür etmir. O, sonra adi hamam kisəsinin dəri üçün faydasından danışıb:
"Uşaq vaxtı anam məni kisələmək istəyəndə qışqırığım dünyanı götürürdü. Onda bilmirdim ki, düzgün kisələmək insan dərisi üçün bu qədər faydalıdır. Bu zaman dəri daha yaxşı nəfəs almağa başlayır".
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc


































.jpg)

