Əməkdar artisti olduqca cavan göstərən SİRLƏRİ - FOTO
Bizi izləyin

Gözəllik

Əməkdar artisti olduqca cavan göstərən SİRLƏRİ - FOTO

Əməkdar artist Mələk Abbaszadə nadir xanımlardandır ki, illər onun zahiri görkəminə təsir etməyib. Məşhurun yaşı 40-ə keçsə də, ideal formada qala bilməsinə heyran olmamaq mümkün deyil.

Çoxlarından fərqli olaraq ulduz gənc qalmaq üçün estetik əməliyyatlara və cərrahlara üz tutmayıb. Hər bir qadın kimi onun da özünəməxsus gözəllik sirləri var. Aktrisanın gözəllik ayinləri olduqca sadə və asandır. Odur ki, onun gözəllik proseduralarını hər kəs tətbiq edə bilər.

Bu yaxınlarda çimərlikdə paylaşdığı fotoları ilə diqqət çəkən M.Abbaszadə Publika.az-ın “Gənclik və gözəllik sirriniz nədir?” sualına cavab verib. Ulduzun fikrincə, ideal bədən quruluşuna sahib olmağın birinci qaydaları düzgün qidalanma və idmandır:

“Düzünü desəm, çox ciddi pəhriz saxlamıram. Model işlədiyim vaxtlarda yediyim qidalara xüsusi diqqət edirdim, amma artıq özümü hər şeydən məhrum edə bilmirəm. Əsas məqsədim yalnız arıq olmaq deyil, sağlam olmaqdır! Çalışıram ki, axşamlar şirniyyatlardan və un məmulatlarından istifadə etməyim. Ümumiyyətlə, gün ərzində tez-tez su içməyə, yağlı yeməklər yerinə daha çox tərəvəzlərlə qidalanmağa üstünlük verirəm.

Formada qalmaq üçün təbii ki, fiziki məşğuliyyətlər faydalıdır. Məsələn, məşqlərim və çəkilişlərim çox sıx olmadığı zamanda pilateslə məşğul oluram. Vaxtım yoxdursa, vücudun formada qalması üçün gündə heç olmasa 20 dəqiqə bəzi hərəkətləri yerinə yetirirəm. Məsələn, 5-6 dəqiqəlik planka vücudun bütün əzələlərini çalışdırır”.

Sağlamlığının qeydinə qalan artist yayda üzməyə üstünlük verir:

“Yayda əsasən üzməyə üstünlük verirəm. Bağlı hovuzları sevmədiyim üçün sadəcə yay aylarında üzürəm. Xüsusilə dənizin duzlu suyu bədəni qısa zaman ərzində heykəltəraşın sehrli əlləri kimi gözəl formaya sala bilir. Lakin bunun üçün gündə ən az 45 dəqiqə üzməlisiniz”.

M.Abbaszadənin fikrincə, qadının necə görünməsi həm də genetikadan asılıdır:

“Genetika da az əhəmiyyət daşımır. Bu baxımdan şanslı olduğumu deyə bilərəm, çünki anam, və atam heç vaxt kök olmayıb. İncəliyimi və zərifliyimi qorumaq üçün təbiət mənə şans verib. Lakin hesab edirəm ki, hər insanın özünə xas bir gözəlliyi, cazibəsi və şarmı var. Arıq olmasa da, çox şirin və xoşagəlimli qadınlar tanıyıram. Həddən artıq kök yox, amma dolu bədənli olmaq bəzi xanımlara yaraşır. Bütövlükdə insanın özü ilə barışıq olması, özünü olduğu kimi qəbul etməsi və özünə inamlı olması, arıq olmaqdan daha vacibdir. Heç nə qadını özünə olan güvəni qədər cazibədar göstərə bilməz. Özünü sevən insanı başqaları da sevəcək və olduğu kimi qəbul edəcək, bütün güclü və zəif cəhətlərimizi bir paket kimi qəbul edib qiymət verəcəklər. Odur ki, özünüzü sevin, bununla yanaşı sağlam həyat tərzini seçin”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm