Gözəllik
Sarıkökün daha bir MÖCÜZƏVİ FAYDASI üzə çıxdı
Sızanaqlardan xilas olmaq, qara nöqtələri təmizləmək və ya üzdəki şişkinliklərdən, göz altındakı qaralmalardan xilas olmaq üçün tərkibində bilmədiyimiz kimyəvi maddələrdən istifadə edilən kremlərdən, maskalardan, dəriyə qulluq məhsullarından niyə istifadə edək?
Publika.az sarıkök, qatıq və limondan hazırlanan maskanı təqdim edir.
Sarıkök, son dövrdə tərkibində kurkumin (curcumin) adlı maddə sayəsində qızıl dəyərində tanınan bir məhsuldur. Çünki bu aktiv maddə sayəsində orqanizmdə yaranan iltihablanmaların daha sürətli yaxşılaşmasına dəstək olur, toksinlərin, yəni orqanizmimizə girən yad maddələrin bədəndən uzaqlaşdırılmasına da kömək edir.
Əgər dəriniz çox qurudursa, bu qarışığa bal və ya zeytun yağı da əlavə edə bilərsiniz. Hər ikisi də tərkibində olan faydalı maddələr sayəsində dərinizi ağardaraq qidalandıracaq, daha çox quruyub qıcıqlanmasının qarşısını alacaq.
Tərkibi:
1/2 çay qaşığı sarıkök
1/2 çay qaşığı təzə sıxılmış limon suyu
2 xörək qaşığı qatıq
1/2 çay qaşığı bal və ya zeytun yağı (zövqə görə)
Hazırlanma qaydası:
Kiçik bir qabın içinə bütün məhsulları töküb yaxşı qarışdırın. Sonra heç saxlamadan göz altı qaralmalar, şişkinliklər kimi problemli bölgələrə sürtün və 20 dəqiqə gözləyin. Daha sonra üzünüzü soyuq su ilə yaxşı yuyun. Əgər dəriniz çox qurudursa, maskaya 1/2 çay qaşığı bal və ya zeytun yağı da əlavə edin.
Leyla Sarabi
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc


































.jpg)

