Gözəllik
Kətan toxumu - daim gənc qalmağın sirri
Xanımlar iki hissəyə bölünür. Cavan qalmaq üçün əlindən gələni edib, bahalı prosedurlara pul və zaman sərf edənlər və bu iki amilin də yoxluğundan şikayətlənib, dərisindəki qırışlarla barışanlar.
Publika.az-ın təqdim etdiyi ən ucuz və effektiv vasitə hər birinizin ürəyincə olacaq. Cəmi 5 prosedur və nəticə göz qabağındadır.
Kətan toxumunun saymaqla bitməyən faydaları hər kəsə məlumdur. Bəs bu yağın alındığı kətan toxumu haqda eşitmisinizmi? Kətan toxumu kosmetologiya sahəsində ən çox istifadə edilən vasitədir. Ev şəraitində bu toxumdan bahalı botoks prosedurlarını geridə qoyan cavanlaşdırıcı maska hazırlamağın üsulunu Sizə təqdim edirik.
Beləliklə:
Səhər oyananda 1 kasanın içinə 1 ç/q kətan toxumu tökün. Üzərinə 1/3 stəkan qaynar su əlavə edin. 2 dəqiqə ərzində yaxşıca qarışdırın. Sonda üzərini salfetlə örtüb, gecəyədək saxlayın. Gecə yatmazdan öncə üzünüzü yuyub, qurudun. Bir parça pambığı maskanın suyuna batırıb, üzünüzə, boyun və sinə hissənizə çəkin. Maska quruduqdan sonra yenidən eyni şeyi təkrar edin. Beləcə 6 dəfə eyni qaydada üzünüzdə maye bərkidikcə təkrar-təkrar maskanı çəkin. Sonda üzünüzü ilıq su ilə yuyun.
Səhər oyananda yenidən eyni qaydada maska hazırlayıb, gecə istifadə edin. Bu proseduru 10 gün təkrarlayın, və ən az 10 yaş gəncləşin.
Leyla Sarabi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq
-
Dünya08:24ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət












.webp)



.jpg)


.jpg)


















