Gözəllik
Dərinizi və üzünüzü dəyişdirən MƏHSULLAR
İstifadə etdiyiniz qidalar dərinizi və üzünüzü dəyişə bilər.
Publika.az xəbər verir ki, üz dərisində qara nöqtələr və sızanaqlar meydana gəlirsə, çəkiniz normal olmasına baxmayaraq, üzünüz həddindən artıq şişirsə, bu, yanlış qidalanmadan qaynaqlana bilər. Bəs üz dərisinə mənfi istiqamətdə təsir edən qidalar hansılardır?
Süd
Mineral baxımından son dərəcə zəngin olan süd əsl kalsium qaynağıdır. 1 litr südün tərkibində olan kalsium 10 kq ət, 5.2 kq çörək, 12,6 kq kartof, 17 kq alma, 3,2 kq kahı, ya da 2,4 kq kökdə olan kalsiuma bərabərdir. Odur ki, sümük əriməsinin qarşısını almaq üçün süd mütləqdir.
Süddə olan proteinlər, antioksidantlar və A vitaminləri üz dərisinə nəmləndirici təsir edərək qurumasını və qırışmasını gecikdirir, eyni zamanda nəm tarazlığını qoruyur. Lakin südün içərisində yer alan laktoza çox istehlak edildikdə dəridə qara nöqtə və sızanaqlar yaranmağa başlayır. Bəzi hallarda isə şişkinliyə və yorğun üz ifadəsinə səbəb olur.
Qluten ehtiva edən qidalar
Çox miqdarda qluten yeyən insanlarda sızanaq, qara nöqtə və ləkələr əmələ gəlir. Başqa sözlə desək, qluten üz formanızı dəyişə bilər.
Bu maddə zülal növüdür və buğda, arpa və çovdar, xüsusilə ağ buğda kimi qidalarda mövcuddur. Metabolizmə zərər verən bu zülal növü həzmi çətinləşdirir və qəbizlik, şişkinlik problemlərini əmələ gətirir.
Şəkər
Şəkərin zərərli olduğunu artıq hamımız bilirik. Lazım olduğundan qat-qat çox şirniyyat yeyən insanların üz dərisi daha tez qırışır, alında dərin qırışlar, gözlərin altında torbalar əmələ gəlir, dəri solğunlaşır, eyni zamanda sızanaq problemləri özünü göstərməyə başlayır. Əgər gözəl dəriyə və üz cizgilərinə malik olmaq istəyiriksə, ilk olaraq şəkərin miqdarını aza endirməli və bu məsələyə biganə yanaşmamağı öyrənməliyik.
Aytən
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc


































.jpg)

