Gözəllik
Dünyanın ən seksual modeli bədənini formada saxlamaq üçün nə edir?
Dünyanın ən seksual modeli seçilən Emili Ratakovski ilk dəfə olaraq qüsursuz bədənini formada saxlamağın yollarından danışıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, çılpaq fotoları ilə instaqramda rekord qıran model özünəməxsus qidalanma sayəsində ideal qarın və ombalarını qoruyur. Parlaq dərisi isə onun metabolizminin yaxşı işləməsindən xəbər verir.
Emili Amerikanın “Elle” qadın jurnalına verdiyi müsahibədə səhərini qəhvə və kiçik kruassanla açmağa adət etdiyini deyib. Super model hesab edir ki, özünü desertdən məhdudlaşdırmağa dəyməz, şirniyyat üçün ən ideal vaxt səhərdir:
"Kruassan və kişmişi çox sevirəm. Odur ki, səhəri qara qəhvə və kökə ilə açıram. Çoxlu çipsi və konfet yeyən insanlardan deyiləm, ancaq səhər yeməyində şirniyyatı özümə icazə verirəm".

27 yaşlı məşhur naharda bir qayda olaraq tərəvəzli salat və steyk yeyir. Emilinin sözlərinə görə, gününü ətsiz təsəvvür etmir. Bu səbəbdən də özünü ətdən məhrum etmir.
“Bədənim hər gün dəmirə ehtiyac duyur. Bunun üçün naharda sulu steyk və salat yeyirəm. Özümü ətdən məhrum etməkdə heç bir məna görmürəm. Təmiz zülal və dəmir – gözəl bədən quruluşu və sağlamlığın açarıdır”.

Lakin şam yeməyindən Emili həmişə imtina etməyə çalışır. Ulduzun sözlərinə görə, axşam saat altıdan sonra o, dostları ilə görüşməyi planlaşdırır, tərəvəz şorbaları ilə qidalanır. Aydındır ki, şam yeməyindən imtina ona ideal formasını saxlamağa və qüsursuz görünməyə kömək edir.
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq
-
Dünya08:24ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət














.jpg)
.jpg)





















