Gözəllik
Hər gün bir fincan düyü suyu içsəniz... - İNANILMAZ TƏSİR
Düyü B1, B2, E vitaminləri, dəmir, fosfor, kalium, natrium, maqnezium və kalsium baxımından olduqca zəngindir.
Publika.az oxucuları düyü suyunun faydaları ilə tanış edib.
Asiya qitəsində hər yemək saatlarında üstünlük verilən düyüdən təbabətdə təbii dərman, kosmetika sektorunda isə təbii gözəllik vasitəsi kimi geniş istifadə edilir. Düyü B1, B2, E vitaminləri, dəmir, fosfor, kalium, natrium, maqnezium və kalsium baxımından olduqca zəngindir. Mədə və bağırsaq sağlamlığı üçün olduqca təsirli olan düyü suyu da çox faydalıdır.
Bişirməzdən əvvəl şişməsi üçün düyü bir müddət suda saxlanılır. Bu zaman düyünün bütün vitamin və mineralı suya hopur. Düyü nişastası deyilən bu ağ su turşu baxımından olduqca zəngin olur. Bəzi mütəxəssislər isə qaynamış düyü suyunun faydalı olduğunu vurğulayır. Əsl karbohidrat mənbəyi olan düyü suyu bədənin ehtiyacı olan gündəlik enerjini qarşılayır.
Düyü suyunun faydaları nələrdir?
Mütəxəssislər deyir ki, asiyalı qadınların saçlarının gec ağarmasının səbəbi düyü suyu ilə bağlıdır. Belə ki, bir çox Asiya ölkələrində qadınlar saçlarını düyü suyundan hazırlanan şampunlarla yuyur. Düyü daşıdığı antioksidant sayəsində saç köklərini gücləndirir. Güclənən saç köklərində kəpəklənmə, ağarma, tökülmə və qırılma kimi halların baş vermə ehtimalı aşağı düşür.
Antioksidant baxımından zəngin olan düyü yalnız saça töküləndə deyil, eyni zamanda içiləndə fayda verir. Orqanizmdəki sərbəst radikalları sidik yolu ilə ataraq xərçəng hüceyrələrinin əmələ gəlməsini əngəlləyir. Xüsusilə yemək borusu, mədə və bağırsaq xərçəng xəstəliklərini qarşısını alan düyü suyu həzmi asanlaşdırır.
Xolesterin səviyyəsi aşağı olduğundan düyü bədəndəki xolesterin səviyyəsini artırmır, beləliklə də damarların tıxanmasının qarşısını alaraq, ürək xəstəliklərinin yaranması riskini azaldır. Tərkibində yağ olmadığı üçün köklük kimi ciddi xəstəliklərə də zəmin yaratmaz.
Nizamlı istehlak edildikdə, tərkibindəki nişasta bağırsaq florasını tənzimləyir. Bu sayədə ishal və qəbizlik kimi xəstəliklərin baş vermə ehtimalı azalır.
Yeməklərdən əvvəl bir istəkan düyü suyu içmək metabolizmi sürətləndirir və çəki itkisini asanlaşdırır.
Antiseptik xüsusiyyəti sayəsində tonik olaraq istifadə edildikdə cilddə deformasiya olmuş hüceyrələri yeniləyir. Sızanaq və qara nöqtə yaranmasına mane olur. Dərinin daha parlaq və canlı görünməsini təmin edir. Eyni zamanda, yanıq və dəri xəstəliklərinə müalicəvi təsir göstərir.
Aytən Məftun
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc


































.jpg)

