Nyu-Yorka köçən azərbaycanlı aparıcı görün ərindən NƏLƏR DEDİ: "Məni qane etmək çox çətindir" - FOTO
Bizi izləyin

Gözəllik

Nyu-Yorka köçən azərbaycanlı aparıcı görün ərindən NƏLƏR DEDİ: "Məni qane etmək çox çətindir" - FOTO

Qızı ilə birlikdə Nyu-Yorka keçən aparıcı və bloger Günel Hümbətova həyat yoldaşı Firuz Soliyevdən şikayət edib.

Publika.az xəbər verir ki, müğənni sosial şəbəkədə şəkil paylaşaraq həyat yoldaşının şəkil çəkmək qabiliyyəti olmadığını qeyd edib:

“Dünyada ən pis şəkil çəkən insan varsa, o da mənim həyat yoldaşımdır. Paylaşmaq üçün min şəkildən birini güclə seçirəm. Üsyan edirəm artıq, şəkil çəkə bilmir sevgilim. Öyrənmək də istəmir. Belə olmaz! Məni qane etmək çox çətindir. Bir çox mövzularda. Allah kəssin mükəmməllikçi xasiyyətimi!”.

Daha sonra müğənni arıqlamağa start verdiyini elan edərək sirlərini izləyiciləri ilə paylaşıb:

“Yedik- içdik, bir az da çəki aldıq və "mənimlə arıqla" marafonuna hazırığa ümid edirəm. Hekayə bölümündə bayramdan öncə bunu edəcəyimi bildirmişdim. Xahişləri nəzərə alaraq bayramın bitməsini gözlədim. İştirak etmək istəyənlər kommentdə mən yazsınlar. Görək 1 ay ərzində kim daha çox arıqlayacaq. Çox maraqlı olacağıdan əminəm. Kupalniklərinizi indidən hazır edin. Yaya az qalıb”.

Ulduzun “Mənimlə arıqla” şüarı altında başlatdığı arıqlama sirləri belədir:

“Məqsədimiz aldığımız artıq çəkidən qurtulmaq, sağlam qidalanmağı orqanizmimizə aşılamaqdır.

Etməli olduğumuz ilk şey: özünüzü 24 saat ərzində çəkib tərəzidəki rəqəmləri hekayə bölümündə paylaşıb məni işarələyin və çəkinizi rəylərə yazın. Çünki düz 1 ay sonra çəkilərimizi qarşılaşdıracayıq. Görək kim nə qədər arıqladı. Marafonla bağlı paylaşımlarınızı öz hekayə bölümümdə paylaşacam ki, iştirakçılar bir-birlərinin paylaşımını görüb daha da stimul alsınlar (Özünüzü və ya üzünü çəkməyə ehtiyac yoxdur).

1. Günə 1-2 stəkan su ilə başlayırıq! Arıqlama prosesimizə məhz bu təkan verəcək. Bunu illərdir tətbiq edirəm. Suyu səhər yeməyindən minimum yarım saat (1 saat lap əla olardı) əvvəl içməlisiniz. Bu zaman su 15-20 dəq sonra bağırsaqlarınızı təmizlənməsi üçün hazır vəziyyətə gətirəcək. Bunu alışqanlıq halına gətirsəniz, qarnınız və mədəniz heç vaxt şiş olmayacaq. Gün ərzində 1,5-2 litr su içirik.

Qeyd: Su qəbulunu saat 6-ya kimi etsək, daha əla olar. Bu zaman bədənimizdə ödəm(şiş) yaranmaz.

2. Çörək qəbulunu minimuma endiririk , yalnız səhərlər 1 və ya 2 dilim çovdar çörəyi yeyirik. Tamamən rasiondumuzdan çıxartmırıq. Çünki karbohitdar qəbulu enerji deposu üçün səhərlər mütləq lazımdır.

3. Şirniyyat qəbulunu və çaya-qəhvəyə şəkər əlavə etməyi dayandırırıq. Tamamilə. Əvəzində isə bir neçə ədəd meyvə qurusu yeyin (gün ərzində ). Bilirəm, çayı yavan içmək olmur. Günorta vaxtı 1-2 ədəd ləpə yesəniz lap əla olar. Onların tərkibində bədən faydalı olan omeqa 3 yağları var. Amma sayı çox olmamalıdır.

4. Özümüzü ac saxlamırıq. Bu marafonda yeyərək arıqlayacayıq! Boşqabınızı 3 hissəyə bölün. Bir hissəsində protein yəni, qrildə və ya suda və ya buxarda bişmiş toyuq, balıq, mal əti və ya dəniz məhsulları təşkil etsin (bu ət növlərinin yalnız biri), digər hissəni tərəvəz (və ya göyərti), 3-cü hissə isə karbohidrat təşkil edə bilər (yəni qreçka, düyü, qaynanmış lobya və s ). Yeməyin miqdarını isə həmişəkindən az edirik. Yəni əvvəl boşqabımız dolu olurdusa, indi tam doldurmuruq.Yağlı yeməklərdən uzaq durun. Hər gün bu mövzuda paylaşım edib sizi həvəsləndirəcəm. Bəli, mən dietoloq deyiləm, amma illərdir sağlam qidalanmanı araşdırıram və 4 ilə yaxındır zərərli qidalardan uzağam (şəkər tozu , rəngli və qazlı içkilər ümumiyyətlə istifadə etmirəm) bunu üzərimdə tətbiq edirəm və hər zaman şahidi olursuz ki, bir neçə həftəyə bayramlarda aldığım çəkiləri dərhal itirə bilirəm. Son olaraq hər gün minimum 20 dəqiqə ayaqla sürətlə gəzməyə çalışaq. Nə qədər aktiv yerisəz, bir o qədər tez arıqlayacaqsınız. Yürüyüş və, içdiyiniz suları paylaşsanız, lap əla olar. Sizinlə parkdan canlı yayımlar edəcəm. Artiq əsl gəzmək havasıdır. Bunlar əsas şərtlər və sizi daha tez arıqladacaq köməkçi maddələr idi. Çox əlavələr etmək olar, amma ilk post üçün bu yetər. Tərəziyə səhər tualetə getdikdən sonra çıxın. Ümumiyyətlə, tərəziyə hər gün çıxsanız, itirdiyiniz qramları görmək sizi daha da həvəsləndirəcək. Bu gün qoşulmayanları sabah və başqa gün marafona qəbul edə bilməyəcəyəm. Çünki bu digər qızlara haqsızlıq ola bilər. Hə bir də, dəqiq nə yeyəcəyinizə özünüz qərar verin. Mən əsas qidaları sadaladım”.

Aparıcı bildirib ki, arıqlama marafonunu paylaşmaqda əsas məqsədi xanımları xoşbəxt görmək və bu sahədə bildiklərimi onlarla paylaşmaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm