Gözəllik
Yaponların qadını cavanlaşdıran DƏRİ ORUCUNUN SİRRİ
Heç bir gözəllik və baxım məhsulu istifadə etmədən üç həftə keçinmək dərini cavanlaşdırır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yapon kosmetoloqları dərini cavan saxlayan yeni trendi müəyyələşdirib. Yeni trendə əsasən dərinin sağlam olmasını istəyirsinizsə, 3 həftə boyunca dəri baxımından uzaq durmalısınız. "Dəri orucu" adlanan bu proqramda dərinin öz yağını təkrar istehsal etməsinə icazə verilir.
Yaponiyanın dəriyə qulluq mərkəzi olan “Mirai Clinical” tərəfindən icad edilən bu üsula “dəri orucu” deyilir. Bunun üçün heç bir xüsusi məhsula ehtiyac yoxdur, ayin olduqca sadədir, 3 həftə müddətində dəriyə heç bir dekorativ kosmetik vasitə və baxım məhsulları sürtmürsünüz. Bu sirrin arxasında gizlənmiş səbəb dərini bərpa etmək və elastikliyi gücləndirmək dayanır.
Dermatoloq Liv Kraemer yeni tendensiyaya müsbət yanaşdığını deyib:
“Dəriyə heç bir kosmetik vasitə çəkməmək, ona həddən artıq makiyaj çəkmək qədər zərərlidir. Çünki bu mikrobiasiyaları (toxumalarda və bioloji mayelərdə olan mikroorqanizmlərin birləşməsi ) qeyri-sabit hala gətirə bilər. Dəri qatında qıcıqlanma, sızanaq və qızartı kimi dəri xəstəliklərinə səbəb ola bilər.
Dəri qatını poza biləcək makiyaj məhsullarını bir müddət tərk etmək faydalıdır. Bu yolla dəri təbəqəsi əvvəlki vəziyyətinə qayıdaraq oksigenlə təmin olunur. "Dəri orucu"nun əsas vacib hissəsi dərini daxilən də qidalandırmaqdır. Brokkoli, ispanaq kimi qidalar bağırsaq və dəri üçün olduqca faydalıdır".
Aytən Məftun
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə2 Oktyabr 13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama




































.jpg)

