Gözəllik
Obodok taxmağı məşhurlardan öyrənin - FOTO
Xəbər verdiyimiz kimi, obodoklar yaz və yay aylarının əb dəbli aksessuarı elan edilib. Parıltılı atlas və məxmər versiyaları çoxdan fəşn blogerlərin arzulanan tacına çevrilib.
Publika.az xəbər verir ki, “Christian Dior” və “Simone Rocha” moda evlərinin kolleksiyalarında daha zərif və daş-qaşlı modellərini görmək olar.
Obodok almağa həqiqətən dəyər. Çünki onlar istənilən gecə obrazı üçün idealdır. Çünki onlar geyimi daha təmtəraqlı göstərməyə qadirdir. Bu aksessuar gündüzlər də xanımların imdadına yetişə bilər. Məsələn, dağınıq saçları səliqəyə salmağa vaxtınız yoxdursa, bir obodokla problemi həll etmək olar. Ümimiyyətlə, istənilən saç düzümdə xoş görünür. Obodokun bütün praktik üstünlükləri bununla bitmir: o, kömək edir ki, saçlar daha həcmli görünsün, hətta vizual olaraq boyu daha uzun göstərir. Bu, boy kompleksi olan qızlar üçün vacib nüansdır. Əgər qarderobunuza bu incə detalı əlavə etmək qərarına gəlməmisinizsə, müxtəlif illərdə necə taxıldığını öyrənməyə dəyər.
Retro aktrisaların obodok stillərinə nəzər salaq
Yeni trendlə hər kəsə meydan oxumaq istəyən bütün modapərəstlər üçün 1960-cı illərin aktrisalarının fotoşəkilləri ilham mənbəyi ola bilər. Bricit Bardo, Kladua Şiffer, Katrin Denyov, Odri Hepbrun və başqaları saçlarını bəzən enli bir lentlə bəzəyər, bəzən də geniş yaylıq bağlayardı.
Lentləri qəbul etməyənlər üçün 1990-cı illərin amerikalı məktəblilərinin bandajlarını xatırladan daha minimalist bir seçim var. Sadə və elastik rezin başınıza təzyiq göstərmir və görkəmi çox təntənəli edir. Məsələn, Alisa Silverstone və onun rəfiqələrinin çəkildiyi "Aptal" filmindən nümunə götürün. Qəhrəmanlar onu dərs saatlarından sonra da baxşından çıxarmırdı.
.jpg)
1990-cı illərdə qara klassik obodokları şahzadə Diana və aktrisa Nikol Kidman böyük həvəslə taxırdı. Məşhurların bu və digər nümunələrindən ilhamlanmaq üçün fotolara baxın.
Aytən Məftun
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc


































.jpg)

