Gözəllik
Məşhur pilates ustasından qadınlara arıqlamaqla bağlı vacib tövsiyələr
Türkiyənin məşhur modeli və pilates mütəxəssisi Ebru Şallı artıq çəkidən xilas olmaqla bağlı vacib tövsiyələr verib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis dünən Sağam Həyat və Xoşbəxtlik Festivalında qadınlara ruhdan düşməməyi tövisiyə edib:
“Bir qadının əyninə olmayan paltarı arıqladıqdan sonra geyinib və ayna qarşısına keçib özünə baxması onu inanılmaz dərəcədə xoşbəxt edir. Kənardan baxanda əhəmiyyətsiz görünür, amma bu, qadın psixologiyası üçün həqiqətən əhəmiyyətlidir. Danışanda bəzən deyirlər ki, dərdin budur? Daha bilmirlər ki, bu hadisə insanın həyatında hər şeyi tamamilə dəyişə bilər. Belə kiçik hadisələr qadının özgüvənini artıra bilir”.
Modelin sözlərinə görə, hər zaman ideal formada qalmaq istəyən xanımlar oturaq həyat tərzindən uzaq olmalıdır:
“Hərəkət edin, oturmayın. Hərəkət bərəkətdir. Pilləkənlə çıxın, liftdən istifadə etməyin. Mən evdə çox az dincəlirəm. Heç kimdən heç nə istəmirəm. Hər işimi özüm həll edirəm, çox hərəkətli insanam. Təbii ki, idman edirəm, amma hərəkət həqiqətən çox mühümdür. Hərəkət Allahın verdiyi bir gücdür, odur ki, bu gücə laqeyd yanaşmaq olmaz”.
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq
-
Dünya08:24ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
















.jpg)



















