Gözəllik
Məşhur modelyer yaşın gözəlliyə təsirini izah etdi
Viktoriya Bekhem yaşlanma prosesi ilə niyə mübarizə aparmamasının səbəblərini açıqlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 45 yaşlı modelyer "Bu səhər" televiziya proqramında yaşına görə gözəl görünməyə çalışdığını söyləyib.
O, bildirib ki, 20 yaşında qız kimi görünmək iddiasında deyil: “Daha gənc görünməyə çalışmıram. Sadəcə yaşıma görə gözəl görünmək istəyirəm. Özümün ən yaxşı halımdan zövq almaq və özümün qayğıma qalmaq istəyirəm”.
Viktoriya Bekhem yaşla bağlı dəyişiklikləri qəbul etməkdə heç bir problemi olmadığını izah edib: “Yaşımı və onun gətirdiyi dəyişiklikləri hiss etməyi xoşlayıram. Yaşlanmanı qəbul edirəm, çünki bu, təbii prosesdir. Hamımız nə vaxtsa yaşlanırıq".
Dizayner cavanlaşdırıcı kremlərə də münasibət bildirib: "Markam görünüşü dəyişdirmək, cavanlaşmaq üçün nəzərdə tutulmayıb. Qırışlardan qurtulmağa kömək edəcək məhsullar hazırlamaq fikrində deyiləm, çünki bunlar cəfəngiyyatdır. Düşünürəm ki, özümüzü dəyərləndirməliyik, daha yaxşı olmağa çalışmalı və bunu da qiymətləndirməliyik".
Aytən Məftun
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ


































