Gözəllik
20 yaş cavan görünən məşhurun İNANILMAZ SİRRİ - FOTO
46 yaşlı Keyt Bekinseyl fotolarına baxdıqda avtomatik olaraq çörəyi bir kənara qoyub dərhal idmana başlamaq istəyirsən. Yaşından xeyli cavan görünən ulduzun ahəngdarlığı, gümrah və inanılmaz dərəcədə cavan görünüşünün sirləri həqiqətən də maraqlıdır. Bəs o, yaşından 2 dəfə cavan görünmək üçün nə edir?
Publika.az xəbər verir ki, Keyt uşaqlıqdan baletlə məşğul olub, bu, əlbəttə ki, aktrisanın nümayiş etdirdiyi hərəkətlərdə özünü göstərir. Ancaq gözəl bədən quruluşuna sahib olmaq üçün ciddi məşqlər tələb olunur. Aktrisa 20 yaşında “Pearl Harborun” filminə çəkiləndə idmanla məşğul olmağa başlayıb. Çünki rejissor onun qarşısına arıqlamaq vəzifəsini qoymuşdu. O vaxtdan bəri, təxminən 25 ildir ki, Keyt idmanı atmayıb, hətta mükəmməl məşqçilər də onun dayanıqlığına təəccüb edir.
Bekinseyl həftədə altı dəfə bir saat məşq edir, eyni zamanda boks və kardio ilə məşğul olur. Yeri gəlmişkən, aktrisanın favoritləri arasında avarçəkmə də daxildir.
Keytin sözlərinə görə, məşqlər onun yaxşı əhval-ruhiyyəsinin əsası olub. Bundan əlavə: o, güzgüdəki qüsursuz əksini demək olar ki, gündəlik fəaliyyətin təsiri kimi qəbul edir. Aktrisa çəkilişlərə yollananda yoqa edir. Boş vaxtı və ilhamı olanda müxtəlif təcrübələr aparır. Ulduzun son hobbilərinə tramplində tullanmalar daxildir.
Təlimdən əvvəl Keyt proteinli qidalar yeyir: təbii kərə yağı, toyuq və ya yumurta. Bu məhsullar onun qidalanmasının əsasını təşkil edir. Aktrisa zülalların bir hissəsini göyərti ilə parçalayır: ən sevilən məhsulları arasında Brüssel kələmi və turp var. Əlbəttə ki, bəzən özünə pəhrizdən kənara çıxmağa icazə verir. Əgər məşqlərin qrafiki pozulmursa, heç bir qorxusu yoxdur.
Kino ulduzunun sözlərinə görə, qəhvə, enerji içkiləri və şokolad kimi “stimullaşdırıcılar”dan imtina etməyi bacarıb. O, neqativ duyğularını gərgin idman məşqləri ilə azaltmağa üstünlük verir.
Hər halda Keytin cavanlıq sirri bununla yekunlaşmır. Kino ulduzu həyatdan zövq almağı yaxşı bacarır. Keyt hesab edir ki, qadınlar müəyyən yaşa dolduqdan sonra tətbiq olunan stereotiplərə məhəl qoymamalıdır, öz həyatını istədiyi kimi qurmalı və yaşamalıdır.
Aytən Məftun
-
İKT20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama




































.jpg)

