Gözəllik
“Öz üzləri ilə tanış olmaq əvəzinə, hamı bir-birinə bənzəməyə başladı” - Büyüküstün
“Özümə çox baxan biri deyiləm. Baxmaq istəyirəm, baxımlı xanımlara hörmət edirəm, heyranam, amma bu məsələdə çox uğurlu deyiləm”.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış aktrisa Tuba Büyüküstün instaqramda canlı yayımda izləyiciləri ilə söhbət edərkən deyib. Karantin günlərini qızları ilə birlikdə keçirən ulduz sosial şəbəkədə tez-tez canlı yayıma qoşularaq izləyiciləri ilə ünsiyyət qurur. Bu dəfə isə aktrisa gözəllik və estetik cərrahiyyə mövzularına toxunub. Kino ulduzu son illərdə gənc qızların bir-birinə bənzəməyə çalışmaq cəhdlərini tənqid edib.
“İynədən qorxuram. Təbii üsullarla həll etmək mümkün olmadığı halda əməliyyata getməlisiniz. Gənclər sahib olduğu təbii gözəlliyi çox tez xərcləyir. Gənc insanların üzü-gözü və dərisi zatən gözəldir. Hesab edirəm ki, onlarla oynamaq, əlinizdə olanı xərcləmək deməkdir. Bir məsələ xüsusilə diqqətimi çəkir, öz üzləri ilə tanış olmaq və ona uyğun dəyişiklik etmək əvəzinə, hamı bir-birinə bənzəməyə başladı. Bu estetik müdaxilələrin xoşagəlməyən tərəfidir”, - deyə Tuba Büyüküstün qeyd edib.
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi

































